4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

"UFC Fight Night Baku" turnirinin bütün döyüşləri bəlli olub

İyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq "UFC Fight Night Baku" turnirinin bütün döyüşləri açıqlanıb.

Futbolxeber.az saytına bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Gecənin əsas döyüşündə təmsilçimiz Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə (Meksika) qarşılaşacaq. Yarışın ikinci əsas döyüşündə isə orta çəkidə Şarabutdin Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.

Nazim Sadıxov yüngül çəkidə Mateus Kamilo (Braziliya) ilə münasibətləri aydınlaşdıracaq. Asu Almabayev (Qazaxıstan) reytinq xarakterli döyüşdə Çarlz Conson (ABŞ) ilə üz-üzə gələcək.

Orta çəkidə İkram Aliskerov (Rusiya) braziliyalı Bruno Ferreyra ilə, almaniyalı Abus Maqomedov polşalı Mixal Oleksiyçukla qarşılaşacaq.

Yarımağır çəkidə Abdul Rəhman Yahyayev (Rusiya) Culius Uolkerlə (ABŞ), UFC-də debüt edəcək həmyerlimiz Fərman Həsənov isə yarımorta çəkidə Erik Nolanla (ABŞ) üz-üzə gələcək.

Orta çəkidə İsmayıl Naurdiyev (Mərakeş) italiyalı Marvin Vettori ilə, özbəkistanlı Nursulton Ruziboyev rusiyalı Andrey Pulyayev ilə qarşılaşacaq.

Yarımorta çəkidə Daniil Donçenko (Ukrayna) isveçli Andreas Qustafsson ilə qarşılaşacaq. Bantam çəkidə isə Bekzat Almaxan (Qazaxıstan) braziliyalı Jan Matsumotonu sınağa çəkəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31