4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Türkdilli ölkələrin çempionatında çıxış edəcək şahmatçılarımız müəyyənləşdi

Qazaxıstanın Astana şəhərində təşkil olunacaq türkdilli ölkələr arasında açıq çempionatda iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub.

Futbolxeber.az saytının Azərbaycan Şahmat Federasiyasına istinadən verdiyi məlumata görə, ölkəmiz çempionatda həm kişilər, həm də qadınların yarışında təmsil olunacaq. Kişi şahmatçılardan ibarət Azərbaycan komandasında Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcəklər. Komandanın kapitanı Qədir Hüseynov olacaq.

Qadınların yarışında komandanın heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova cəlb edilib. Kapitan kimi İlahə Qədimova təsdiqlənib.

Turnir çərçivəsində, eyni zamanda 16 yaşlılar arasında çempionat keçiriləcək. U-16 turnirində ölkəmizi kapitan Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynova təmsil edəcək.

Reqlamentə əsasən, 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Ümumilikdə 7 tur oynanılacaq.

Mayın 14-17-də keçiriləcək yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları da iştirak edəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31