29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Digər idman növləri

Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Portimao şəhərində yerləşən və dünya üzrə məşhur olan "Autodromo Internacional do Algarve" trasında ikinci "Formula 4" test sessiyasını da uğurla tamamlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 16 yaşlı pilot kartinq karyerasında əldə etdiyi uğurlardan sonra artıq peşəkar motorsportun növbəti mərhələsinə - "Formula" tipli tək oturacaqlı bolid yarışlarına keçib.

Portimao testləri onun üçün "Formula 4"ə uyğunlaşmaq baxımından mühüm mərhələ hesab olunur. Test həftəsonu ərzində Davin Cəfərov "McLaren", "Mercedes", "Aston Martin" və digər tanınmış komandalarla əlaqəli pilotlarla eyni trası bölüşüb.

Test proqramı çərçivəsində hər gün beş intensiv sessiya keçirilib. Çətin şəraitə və sessiyalar zamanı digər pilotların iştirakı ilə baş verən qəzalara baxmayaraq, Davin bütün çıxışlarını uğurla tamamlayıb.

Onun növbəti mümkün "Formula 4" test sessiyasının üç ay ərzində İtaliyanın "Autodromo Nazionale Monza" trasında keçirilməsi planlaşdırılır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30