29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Digər idman növləri

Avropa çempionatı: Dörd boksçumuz 1/4 finalda

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha 4 idmançısı qələbə qazanıb.

Qardaş Rəhimov (46 kq) 1/8 finalda Hasan Pehlivan Uçaqla (Türkiyə) qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə xeyrinə bitib. Rəhimov növbəti görüşdə ilk mərhələdən azad olan Misteak Rama (Albaniya) ilə üz-üzə gələcək.

Əli Əliyev (48 kq) startda Noa Sançesi (Fransa) mübarizədən kənarlaşdırıb - 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27). O, 1/4 finalda İonut Madalin Çaluğarla (Rumıniya) gücünü yoxlayacaq.

Şükar Əliyev (75 kq) də komanda yoldaşlarının uğurunu təkrarlayıb. Boksçumuz Valentin Zefini (Albaniya) 5:0 (30:27, 30:26, 29:27, 30:26, 30:26) hesabı ilə məğlub edib. Əliyev 1/4 finalda Yannik Müllerlə (Almaniya) münasibətinə aydınlıq gətirəcək.

İsmayıl Vəliyev (80 kq) isə 1/8 finalda Elvir-Aqustin Dinuya (Rumıniya) qalib gəlib. Təmsilçimiz rəqibini 5:0 (30:27, 29:25, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, ikinci qarşılaşmasında Aleksandr Baladzeni (Gürcüstan) sınağa çəkəcək.

Qeyd edək ki, bu boksçular 1/4 final döyüşünə dekabrın 13-də çıxacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30