Digər idman növləri
Milli Olimpiya Komitəsində III Təhlükəsiz İdman Forumu keçirilib
Oktyabrın 17-də Milli Olimpiya Komitəsində (MOK) III Təhlükəsiz İdman Forumu təşkil olunub.
Futbolxeber.az saytının məlumatına görə, tədbirdə 2023-2025-ci illərdə Təhlükəsiz İdman sahəsində görülən işləri əks etdirən videoçarx nümayiş olunub.
Forum çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Təhlükəsiz İdman bölməsinin direktoru Kirsti Burovs videoçıxış edib. O, təhlükəsiz idman mühitinin qlobal prioritet olduğunu qeyd edərək, 2026-cı ilə qədər 1600 təhlükəsizlik əlaqələndiricisinin hazırlanmasının hədəfləndiyini və regionlarda “Safe Harbour” layihəsi çərçivəsində təhlükəsiz idman mərkəzlərinin yaradıldığını bildirib.
Sonra Təhlükəsiz İdman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet çıxış edib. O, idmanda zorakılıq və sui-istifadənin qarşısının alınması, təhlükəsiz mühitin yaradılması və milli federasiyaların məsuliyyətləri barədə danışıb. L.Troşet liderlik, siyasətlərin tətbiqi, təlim və hesabat mexanizmlərinin işlək vəziyyətdə olmasının vacibliyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov uşaqlara qarşı idmanda zorakılıq və kiberbullinqin yaratdığı təhlükələrdən söz açıb. O, Azərbaycanda da zorakılıq halları olduğunu, lakin milli qanunvericilikdə bu məsələlərin tam əks olunmadığını və preventiv tədbirlərin gücləndirilməsinin zəruriliyini qeyd edib. E.Səfərov idman psixoloqlarının sertifikatlaşdırılması, federasiyalarda statistik məlumat bazalarının yaradılması və uşaqların təhlükəsiz idman mühitinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin müdiri Orxan Oruczadə psixi sağlamlığın idmanda vacibliyindən bəhs edib. O, psixoloji zorakılığın digər zorakılıq növlərinin ilkin mərhələsini təşkil etdiyini və elit idmançılarda performansın davamlılığı, streslə mübarizə və motivasiyanın qorunması üçün psixi sağlamlığın önəmli olduğunu vurğulayıb.
IOC-un Təhlükəsiz İdman İşçi Qrupunun nümayəndəsi Maya Pekoviç MOK-ların Təhlükəsiz İdman sahəsində hazırkı vəziyyəti və qarşıdakı çətinlikləri barədə danışıb. O, əksər MOK-larda qorunma siyasətləri mövcud olsa da, onların tətbiqi, məsul şəxslərin səlahiyyətləri və hesabat mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin koordinatoru Ayxan Xəkili Təhlükəsiz İdman siyasəti və gələcək təşəbbüslər barədə məlumat verib. O, siyasətin beynəlxalq standartlar əsasında hazırlandığını, idmançılar, məşqçilər və həssas qruplar üçün təhlükəsiz mühit yaratmağı hədəflədiyini bildirib.
Tədbir çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsi və müvafiq federasiyalar üçün hazırlanmış Təhlükəsiz İdman sənədləri və təlimlər təqdim olunub. Təqdimatçılar Vaqif Əliyev və Ayan Xankişiyeva sənədlərin idmançılar, məşqçilər və məktəb müəllimləri üçün təhlükəsiz və sağlam idman mühitinin təmin edilməsinə yönəldiyini vurğulayıblar.
Forum çərçivəsində fiziki tərbiyə müəllimləri və idmançılar təhlükəsiz davranış qaydaları, şikayət mexanizmləri və beynəlxalq standartlarla tanış olublar, iştirakçıların sualları cavablandırılıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
-
10:32
Bu gün "Mingəçevir Reqatası-2026"ya yekun vurulacaq
-
10:14
Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
-
09:51
Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
-
00:23
Millimizdən 5 qollu məğlubiyyət
-
20:41
Azərbaycanın stolüstü tennisçilərindən 5 medal
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
01.10.2026
30.09.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























