1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Digər idman növləri

MDB Oyunları vaxtı Gəncə və Qəbələdə azarkeşlər üçün fan zonalar qurulacaq

III MDB Oyunları çərçivəsində Gəncə və Qəbələ şəhərlərində azarkeşlər üçün fan zonalar təşkil olunacaq.

Futbolxeber.az saytına Bakı Şəhər Halqasından verilən məlumata görə, Gəncədə əyləncə zonası İcra Hakimiyyəti binasının qarşısında, Qəbələdə isə Heydər Əliyev parkında qurulacaq. Fan zonalar həm yerli sakinlər, həm də qonaqlar üçün idman, əyləncə və mədəni proqramlarla zəngin məkan olacaq.

Əyləncə zonalarının konseptinə səhnə, interaktiv oyun zonaları, foto zonalar, maskotlarla görüşlər, qida və içki stendləri, uşaq və incəsənət küncü, idman zonası, eləcə də DJ və musiqi proqramları daxildir.

Proqram gün ərzində müxtəlif saatlara bölünəcək. Fan zonalar səhər saatlarından gecə saatlarınadək davamlı olaraq hər kəsə bayram ab-havası yaşadacaq.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində (Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi) keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31