Digər idman növləri
Turan Bayramov: “Hədəfim dünya çempionu olmaqdır”
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov 74 kq çəki dərəcəsində dünya çempionu olmağı hədəfləyib.
Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı pəhləvan bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.
O, zədəsinin tam sağaldığını söyləyib: "Olimpiadadan sonra ilk yarışım bu ilin fevralında Belarusda keçirilən Aleksandr Medved turniri oldu. İyulda isə Macarıstanda təşkil edilən reytinq turnirində güləşdim. 5 aydan çox yarışlardan kənar qalmaq, təbii ki, öz sözünü deyirdi. Bir aydır ki, çiynim tam sağalıb. Yarışlarda tam gücümlə güləşməyə hazıram. Hədəfim dünya çempionu olmaqdır. Çünki bu, mənim uşaqlıqdan qurduğum xəyaldır. Dünyanın ən çətin çəkisində çempion olub, Azərbaycana 74 kq-da ilk qızıl medalı gətirmək istəyirəm. İlllərdir bu çəkidə rus və amerikalı güləşçilərin hegemonluğu gedir. Buna son qoymaq üçün əlimdən gələni edəcəyəm".
T.Bayramov qarşıdan gələn dünya çempionatında əsas rəqiblərinin kimlər olduğunu da söyləyib: “Məşqlərdə ən çox sevimli fəndlərim üzərində işləməyi xoşlayıram. Daha çox rəqibin ayağına hücum edib xal almağa çalışıram. Qoldan atmaların üzərində də işləyirəm. Qarşıdan gələn dünya çempionatında əsas rəqiblərim Zaurbek Sidakov, Çermen Valiyev və Taymuraz Salkazanov olacaq. Həmçinin İran, ABŞ və Yaponiya idmançıları da güclü rəqiblərdir. Əksəriyyətilə güləşmişəm. Güləş üslublarına bələdəm. Amma yenə də hər gün təhlillər aparıram, güləşlərinə baxıram. Hər birinin özünəməxsus üstünlükləri, fəndləri var. Dünya çempionatı ərəfəsində buna uyğun məşqlər etməyə çalışıram".
İdmançı 74 kq çəki dərəcəsində də sözünü demək istədiyini bildirib: “Yeniyetmə və gənclərdə 65 kq-da güləşirdim. Uzun müddət eyni çəkidə güləşdiyim üçün həmin kateqoriyanın tempinə və gücünə uyğunlaşmışdım. Sonra birdən-birə 74 kq-a qalxdım. Bununla da rəqiblərin səviyyəsi də qalxdı. Avropa və dünya çempionatlarında öz sözünü demiş idmançılar idi. Kənardan elə görünür ki, dayanıram, fənd işlətmirəm. Amma belə deyil. Nəzərə almaq lazımdır ki, 74 kq sərbəst güləşdə ən çətin, ən rəqabətli çəki dərəcəsidir. Rəqiblərin hamısı bir-birindən güclü, təcrübəlidir. İki olimpiadada güləşmişəm. Avropa çempionatından medalım var. İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşam. Artıq bu çəkidə sözümü deməyin vaxtı çatıb. Buna görə hücum üslubuna keçməliyəm. İnşallah, növbəti yarışlarda belə olacaq".
Güləşçi Türkiyədəki hazırlıq prosesini dəyərləndirib: "Hazırlıq prosesi çox gözəl keçdi. Kastamonudakı şərait yüksək səviyyədə idi. Türkiyə, Bəhreyn, Şimali Makedoniya, Rumıniya və Özbəkistan milli komandası ilə birgə toplanışda idik. Olduqca səmərəli toplanış oldu. Həm fiziki, həm də texniki-taktiki məşqlər keçdik. Daha çox fiziki hazırlığın artırılmasına diqqət yetirilsə də, xalça üzərində də məşqlər oldu. Bu toplanışı dünya çempionatı ərəfəsində çox faydalı hazırlıq prosesi kimi qiymətləndirirəm".
O, Paris Yay Olimpiya Oyunlarında son saniyələrdə məğlubiyyətinin səbəbini izah edib: "Bəli, şükürlər olsun ki, həm Tokio, həm də Paris Yay Olimpiya Oyunlarında iştirak etdim. Fikrimcə, son olimpiadada medal qazana bilərdim. Çünki yüksək səviyyədə hazırlaşmışdım. Təlim-məşq toplanışlarında əlimdən gələni etmişdim. Məşqçilərimiz də bu cür fikirləşirdi. Çermen Valiyevlə görüşdə son saniyədə boşalmağım mənə çox baha başa gəldi. Medalsız qaldım. Çermen güclü rəqib idi. İnanıram ki, bundan sonra o səhvləri etmərəm. Mənim üçün çox böyük təcrübə oldu".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
-
14:58
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
-
10:32
Bu gün "Mingəçevir Reqatası-2026"ya yekun vurulacaq
-
10:14
Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
-
09:51
Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
-
09:30
Azərbaycan Lixtenşteynə qarşı
-
00:23
Millimizdən 5 qollu məğlubiyyət
-
20:41
Azərbaycanın stolüstü tennisçilərindən 5 medal
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
-
10:54
“Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
-
10:31
Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
-
10:17
"Mingəçevir Reqatası-2026": İkinci mərhələyə start verilir
-
10:00
Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər
-
09:43
"Zirə"nin futbolçusu millidə qol vurdu
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
01.10.2026
30.09.2026
29.09.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























