2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

"Formula 1": Azərbaycan Qran-prisinin qalibləri Bakıya gələcəklər

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibləri Serxio Peres və Valtteri Bottas Bakıya gələcəklər.

Futbolxeber.az saytına bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

"Cadillac" 2026-cı ildə ilk dəfə "Formula 1" çempionatında iştirak edəcək heyətini açıqlayıb. Komanda təcrübəli pilotlar, çoxsaylı Qran-pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını elan edib. Onlar birlikdə 527 Qran-priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirib.

S.Peres Azərbaycan Qran-prisinin ikiqat qalibidir. O, "Red Bull Honda"nın heyətində 2021 və 2023-cü illərdə Bakıda qalib gəlib. V.Bottas isə 2019-cu ildə "Mercedes" komandasının tərkibində Azərbaycan Qran-prisinin qalibi olub. "Cadillac" 2026-cı ildən etibarən "Formula 1" üzrə dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31