11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Digər idman növləri

Azərbaycan taekvondoçularının iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib

Azərbaycanın böyüklərdən ibarət kişi və qadın taekvondoçularının iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının (ATF) məşq zalında, yığmanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında keçirilən məşqlərə 2009-cu il təvəllüdlü və ondan yuxarı yaş qruplarına aid klub təmsilçiləri də qatılıblar.

13 klubdan ümumilikdə 95 idmançının iştirakı ilə baş tutan açıq məşqlərin əsas məqsədi idmançılarının döyüş təcrübəsini artırmaq, onların texniki-taktiki hazırlıq səviyyəsini yoxlamaq və milli komanda ilə qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaq olub.

ATF bu kimi açıq məşqlərin davamlı keçirilməsi ilə gənc istedadların üzə çıxarılmasını, eləcə də milli komandanın geniş heyət bazasının formalaşdırılmasını qarşısına məqsəd qoyur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30