1 Yanvar 2026, Cümə axşamı
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan millisi Yunanıstanda keçirilən Dünya Kubokunda 4-cü olub

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunda 4-cü olub.
 
Futbolxeber.az saytının məlumatına görə, mübarizəyə 1/16 finaldan başlayan komanda ilk görüşündə Sinqapur yığmasına 45:32 hesabı ilə qalib gəlib.
 
Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstanı 45:43 hesab ilə məğlub edib. Bu qarşılaşmada A.Başta zədə səbəbindən çıxışını davam etdirə bilməyib.
 
Azərbaycan qılıncoynadanları qələbə seriyasını növbəti görüşdə də davam etdiriblər. Qadın sablyaçılar bu dəfə ABŞ yığmasını 45:38 hesabı ilə üstələyərək adını ən güclü "4-lüy"ə yazdırıblar. Yarımfinalda fransalı rəqiblərinə 30:45 hesabı ilə uduzan sablyaçılarımız 3-cü yer uğrunda keçirilən qarşılaşmada Cənubi Koreyaya da məğlub olublar - 33:45.
 
Bir gün öncə keçirilən qadın sablyaçıların şəxsi yarışında isə ən yaxşı göstəriciyə A.Başta imza atıb. O, yekun sıralamada 12-ci olub. Səbinə Kərimova 45-ci, Palina Kaspiaroviç 60-cı, Zərifə Hüseynova isə 146-cı olub.
 
Qeyd edək ki, Dünya Kubokunda 200-dən çox qadın sablyaçı mübarizə aparıb.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31