3 Aprel 2026, Cümə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Digər idman növləri

Azərbaycan və D-8 arasında gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Nazir Fərid Qayıbov qurumun baş katibi İsiaka Abdulqadir İmamla görüşüb. Nigeriyada keçiriləcək ll gənclərə məsul nazirlər iclasında iştirak və ölkəmizdə gənclər mübadiləsinin təşkili barədə fikir mübadiləsi aparılıb.

Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının I direktoru Əhmər İsmayıl, II direktoru Puncul Nuqraha, icraçı müavin Məhəmməd Bilal Xan və digər məsul şəxslər də iştirak ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30