3 Oktyabr 2025, Cümə
VII turun hakim təyinatları
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" "Kopenhagen"ə qalib gəldi

Digər idman növləri

Həndbol millimizin rəqibləri müəyyənləşib

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin beynəlxalq turnirdəki rəqibləri bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, yığmanın inkişaf etməkdə olan ölkələrin çempionatında üz-üzə gələcəyi komandalar müəyyənləşib.

Martın 11-dən 16-dək Bolqarıstanın Varna şəhərində təşkil olunacaq yarışa 4 qitəni təmsil edən 8 ölkənin kollektivi qatılacaq.

Bu komandalar ilkin mərhələdə iki qrupda mübarizə aparacaqlar. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan seçməsi ABŞ, Nigeriya və Moldova milliləri ilə birgə B qrupunda yer alıb.

A qrupunda isə ev sahibi Bolqarıstan, Böyük Britaniya, Kipr və Paraqvay komandaları yarışacaqlar.

Qeyd edək ki, 2023-cü ildə keçirilən son analoji çempionatın qalibi Kuba kollektivi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31