3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycan boksçusu polşalı rəqibini məğlub edib

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü ilk görüşündə polşalı Bartlomey Roskovijlə qarşılaşıb.
 
Həsənov hər 3 raundu xeyrinə bitirib.
 
5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/16 finala yüksəlib. O, ikinci görüşündə Çol Man Çoe (Şimali Koreya) ilə üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.
 
Qeyd edək ki, bu gün axşam sessiyasında Sərxan Əliyev (71 kq) də rinqə çıxacaq.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31