24 May 2026, Bazar günü
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı
Qurban Qurbanovdan qələbə şərhi

Digər idman növləri

Azərbaycanın daha bir cüdoçusu dünya çempionu oldu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatı davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan cüdoçusu Zelim Kotsoyev bu gün bütün rəqiblərini üstələyərək dünya çempionu olub.
 
100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Yonq Hoon Vonu (Koreya), 1/8 finalda Peter Palçiki (İsrail), 1/4 finalda ikiqat dünya çempionu Nikoloz Şerazadişvili (İspaniya), yarımfinalda Olimpiya bürünc medalçısı, ikiqat dünya çempionu portuqaliyalı Yorqe Fonsekanı (Portuqaliya) məğlub edib. Finalda Kotsoyev Şadi El-Nahası (Kanada) məğlub edərək ilk dəfə dünya çempionu olub.
 
Kotsoyev İndiyə qədər iki dəfə dünya çempionatının bürünc medalını qazanıb.
 
Qeyd edək ki, Əbu-Dabidəki dünya çempionatında buna qədər Azərbaycan millisindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanmışdı.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31