5 Yanvar 2026, Bazar ertəsi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq

Digər idman növləri

Avropa çempionatı: Güləşçilərimizdən 2 qızıl, 2 bürünc medal

Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) qızıl medal qazanıb. O, finalda Vitali Yeriomenkona (Moldova) qalib gəlib.
 
Xasay Həsənli (77 kq) finalda türkiyəli Yüksel Sarıçiçekə tam üstünlüklə (10:1) qalib gələrək Avropa çempionu olub.
 
Daha bir yunan-Roma güləşçisi Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb. O,  belaruslu İlya Mialeşçikə 4:1 hesabıyla qalib gəlib.
 
Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək U-23 Avropa çempionatında bürünc medal qazanıb.
 
Bu gün həmçinin, Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşünə çıxıb. Onlardan Nihad Quluzadə və Qurban Qurbanov finala qədər irəliləyib. Final qarşılaşmaları sabah keçiriləcək. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31