1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Cüdo yığmamızın Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan cüdo yığmasının Niderlandın Haaqa şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatı üçün heyəti müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, millimiz qitə birinciliyinə 16 cüdoçu ilə yollanacaq.
 
Onlardan 9-u oğlanlar, 7-si isə qızlardır.
 
Oğlanların yarışında Nizami İmranov (60 kq), Aydın Rzayev, Nicat Nağıyev (hər ikisi 66 kq), Vüsal Qələndərzadə, Süleyman Əliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Vüqar Talıbov, İsmayıl Zamanov (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) mübarizə aparacaqlar.
 
Qızlarda isə Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) Avropa çempionu olmağa çalışacaqlar.
 
Qeyd edək ki, Avropa çempionatı 7-9- sentyabr tarixində keçiriləcək.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31