1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Azərbaycan üzgüçüsü beynəlxalq festivalda gümüş medal qazanıb

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında gümüş medal qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 37 ölkənın üzgüçülərinin qatıldığı turnirdə həmyerlimiz 200 metr batterflyay üsulunda üzmədə yalnız yerli idmançı, Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin tələbəsi Roman Şevlyakovdan geri qalıb.
 
Bu üsulda üçüncü yeri Rusiyanın Ural Dövlət Universitetinin tələbəsi Dmitri Noviçkov tutub.
 
Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov əldə edilən nailiyyəti dəyərləndirib. O, bu il turnirə Rusiyadan qatılan idmançıların sayının çox olduğunu bildirib: “Əvvəlki universiadalarda hər ölkədən idman növləri üzrə yalnız iki üzgüçünün qatılmasına icazə verilirdi. Bu il bu qayda dəyişdirilərək, hər universitetdən iki idmançının qatılması qərara alınıb. Bu isə Rusiyada daha çox idmançının yarışlarda iştirakı deməkdir. Odur ki, bu il Beynəlxalq Universitet İdman Festivalında mübarizə çox gərgin alındı. Ramil Vəlizadə belə bir çətin mübarizə şəraitində gümüş medal qazana bildi”.
 
Baş məşqçinin sözlərinə görə, Azərbaycanın digər üzgüçüsü Fatimə Alkərəmova iki dəfə finala vəsiqə qazansa da, ilk “üçlüy”ə düşə bilməyib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31