15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Azərbaycan millisi dünya birinciliyinə 11 taekvondoçu ilə yollanıb

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək dünya birinciliyinə yollanıb.
 
Futbolxeber.az saytına Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yığma avqustun 28-də startı veriləcək mundialda 11 idmançı ilə mübarizə aparacaq.
 
Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun sərəncamında 6 oğlan, 5 qız taekvondoçu olacaq. İlknur Əlimov (148 sm), İlyas Hətəmli (156 sm), Novruz Əliyev (160 sm), Əliheydər Quliyev (164 sm), Səfər Əlizadə (172 sm), Tamerlan Yaqubov (180 sm), Leyla Kərimova (152 sm), Humay Dadaşova (156 sm), Şəms Əlizadə (160 sm), Nilufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) dayanq üzərinə çıxacaqlar.
 
Dörd gün davam edəcək turnir zamanı komandaya federasiyanın vitse-prezidenti Hikmət Səmədov rəhbərlik edəcək. Milli sentyabrın 1-də Bakıya dönəcək.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31