26 Oktyabr 2025, Bazar günü
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”
"Avrokuboklar rekorduma təəccübləndim”
Kurban Berdıyevdən qələbə şərhi

Digər idman növləri

Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu

Azərbaycanın tanınmış cüdoçusu Rüstəm Orucov idmançı karyerasını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, 31 yaşlı R.Orucov bu haqda özünün feysbukdakı səhifəsində paylaşım edib:

"Unudulmaz illər idi və mən cüdonu seçdiyim, böyük arenalarda bayrağımızı dalğalandırmaq şərəfinə nail olduğum üçün çox xoşbəxtəm!

Ancaq hər səyahətin bir sonu da olur.

Avqustun 8-i Olimpiya medalı qazandığım gündür və məhz bu gün böyük idmanla vidalaşıram.

Bu illər ərzində mənə dəstək olan hamıya ürəkdən təşəkkürümü bildirirəm!

Nə yaxşı ki, varsınız!

İndi isə həyatımda yeni səhifə açmaq vaxtıdır".

Xatırladaq ki, bir dəfə Avropa çempionu olan R.Orucov 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, iki dəfə dünya çempionatında da ikinci yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31