3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Millimiz Maribora yollanır

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq planına uyğun olaraq bu gün Bakıdakı təlim-məşqlərini başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, Ataman Güneyligilin rəhbərlik etdiyi yığma paytaxtda təşkil olunmuş toplanış çərçivəsində 3 yoxlama oyunu keçirib. Voleybolçular Belarus seçməsi ilə hər üç görüşdə qələbə qazanıblar.

İyulun 28-dən avqustun 6-na kimi davam edən Bakı toplanışının II mərhələsində komanda bu gün son məşqini keçib. Voleybolçular hazırlığın son mərhələsi üçün avqustun 7-də Sloveniyanın Maribor şəhərinə yollanacaqlar və orada bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Avqustun 15-də isə milli birbaşa Avropa çempionatında qrup oyunlarının keçiriləcəyi Almaniyaya yola düşəcək.

Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 15-də start götürəcək və sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türiyə, Çexiya, İsveç və Yunanıstan olacaq. Yığmanın oyunları Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

AVRO-2023

Oyunlarımızın təqvimi

C qrupu

18 avqust

22:00. Azərbaycan - Çexiya

19 avqust

22:00. Azərbaycan - Almaniya

20 avqust

22:00. Türkiyə - Azərbaycan

22 avqust

19:00. Azərbaycan - Yunanıstan

23 avqust

22:00. İsveç - Azərbaycan




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31