19 May 2026, Çərşənbə axşamı
FİFA referiləri I Liqa oyunlarında
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da
Aleksandr Ramalinqomun yubiley qolu

Digər idman növləri

İki boksçumuz Avropa üçüncüsü olub

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri baş tutub.
 
Futbolxeber.az saytının məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
 
Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) 1/2 finalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi yarışı bürünc medalla başa vurub.
 
Qızların mübarizəsində isə İlkanə Əhmədova (+80 kq) Avropa birinciliyini 3-cü pillədə bitirib. Rumıniyalı Denisa Manu ilə döyüşdə uduzan boksçu bürünc medalla kifayətlənib.
 
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31