2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Digər idman növləri

Sahil Babayev Avropa Oyunlarında medal qazanan boksçularla görüşüb

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Polşada keçirilən III Avropa Oyunlarında medal qazanan boksçularla görüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, o, multiidman yarışında gümüş mükafata sahib olan Məhəmməd Abdullayevlə (+92 kq) bürünc medala layiq görülən Murad Allahverdiyevi (80 kq) Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etdikləri üçün təbrik edib və yeni nailiyyətlər arzulayıb.
 
S.Babayev bildirib ki, 42 ölkənin qatıldığı yarışda 2 mükafata sahib olmaq, eyni zamanda, fəxri kürsüyə yüksələn boksçuların Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması gərgin məşqlərin bəhrəsidir. Kişilərdən ibarət komandanın medal sıralamasında “Top-7”də yer almasını uğur adlandıran federasiya prezidenti yarışda digər milli üzvlərinin də əzmkarlıq nümayiş etdirdiklərini vurğulayıb.
 
O, Olimpiadaya vəsiqələrin sayının artacağına və boksçuların növbəti böyük turnirlərdə üçrəngli bayrağı yüksəklərə qaldıracağına inam ifadə edib.
 
Boksçular çıxış etdikləri yarışlar, qatıldıqları təlim-məşq toplanışları və uğura gedən yoldan danışıblar. Onlar bildiriblər ki, əsas hədəf Olimpiya Oyunlarında medal qazanmaqdır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30