Digər idman növləri
“Qəbələ” 2022-ci ildə: İlin 12 hadisəsi
Son günlərini yaşadığımız 2022-ci ildə “Qəbələ” İdman Klubunun futbol komandaları yaşıl meydanlarda, digər növlər üzrə təmsilçiləri müxtəlif yarışlarda qüvvəsini sınayıb.
Futbolxeber.az saytının məlumatına görə, klubun idmançıları bu ili də bir sıra nailiyyətlərlə yekunlaşdırıblar.
“Qırmızı-qaralar” komanda və fərdi yarışlardakı uğurları ilə azarkeşlərinə sevinc bəxş ediblər. “Qəbələ” İK-in rəsmi saytı 2022-ci ilin ən yaddaqalan 12 məqamını təqdim edir:
1. Yenidən “Top-4”də
“Qəbələ” Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünü 4-cü pillədə başa vurub. Bununla da komandamız iki illik fasilədən sonra çempionatın ən güclü 4 kollektivi sırasına düşüb. 2018/19 mövsümündən sonra ilk dəfə turnir cədvəlinin birinci yarısında qərarlaşan “qırmızı-qaralar” bununla da avrokuboklara vəsiqə qazanıb. “Qəbələ” 4-cü yerin sahibi kimi Konfrans Liqasına yüksəlib.
2. Yarımfinaldan yarımfinala
“Qəbələ” Azərbaycan kubokunun 2021/22 mövsümünü yarımfinalda “Qarabağ”a uduzaraq başa vurub. 2022/23 mövsümünün 1/4 finalında eyni rəqiblə üz-üzə gələn “Qəbələ” revanş alaraq yenidən yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda mübarizəni gələn il davam etdirəcək “qırmızı-qaralar” son 8 ildə 7-ci dəfə yarımfinalçılar arasında yer alıb.
3. “Qəbələ”dən iki çempionluq
“Qəbələ” Futbol Akademiyasının komandaları ölkə çempionatlarında daha iki çempionluq yaşayıb. U-19 və U-17 AFFA-nın təşkilatçılığı ilə baş tutan liqaların 2021/22 mövsümünün qalibi olub. Təmsilçilərimiz ümumilikdə üç medal qazanıb. Çempion olan U-19 və U-17 kimi U-15 də ili mükafatçılar sırasında başa vurub. Bu komandamız bürünc medala sahib çıxıb.
4. Yenə Gənclər Liqasında
“Qəbələ”nin U-19 komandası avrokubokların daimi iştirakçısına çevrilib. “Qırmızı-qaralar” tarixində 5-ci, ardıcıl 4-cü dəfə UEFA Gənclər Liqasında mübarizə aparıb. “Qəbələ” mübarizə apardığı Çempionlar yolunda Xorvatiya təmsilçisi “Hayduk”la üz-üzə gəlib. Komandamız mərhələ adlaya bilməsə də, güclü rəqiblə qarşılaşmada mübarizə əzmi ilə diqqət çəkib.
5. Konfrans Liqasında debüt
“Qəbələ” iki illik fasilədən sonra avrokubokların iştirakçıları sırasına qayıdıb. 6 dəfə Avropa Liqasında mübarizə aparan “qırmızı-qaralar” Konfrans Liqasında debüt edib. Macarıstanda “Fehervar”a uduzan Elmar Baxşıyevin yetirmələri ev görüşündə qələbə qazanmağı bacarıb. Amma komandamız matçı əlavə vaxta daşıya bilməyib.
6. Rafael Ağayevdən yeni titul
Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev növbəti titulunu qazanıb. Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da çempionluq kəmərinə yiyələnib. O, titul görüşündə ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib. Bu döyüşdə rəqibini məğlub edən Ağayev çempionluq kəmərinə sahib çıxıb.
7. İslam Həmrəyliyi Oyunlarında dörd medal
İdmançılarımız V İslam Həmrəyliyi Oyunlarında 4 medal qazanıb. Türkiyənin Konya şəhərində keçirilən yarışda cüdoçumuz İmran Yusifov çempion olub. +100 kq çəkidə çıxış edən idmançımız Azərbaycanın kişilərdən ibarət milli komandasının heyətində uğura imza atıb. Taekvondoçu Cavad Ağayev gümüş medal qazanıb. 68 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yalnız finalda uduzub. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası qardaş ölkədə 3-cü yeri tutub. Bürünc əldə edən heyətdə “Qəbələ”nin iki oyunçusu - İbrahim Ramazanov və Mehrac Baxşalı da yer alıb.
8. Titulunu qorudu, UFC-də debüt etdi
Nəriman Abbasov "AMC Fight Nights"ın çempionu titulunu qoruyub. O, Rusiyanın paytaxtı Moskvada Marif Pirayevlə qarşılaşıb. Yüngül çəkidə çıxış edən 28 yaşlı təmsilçimiz rəqibi üzərində inamlı qələbə qazanıb. Bu uğurlardan sonra UFC-dən təklif alan Abbasov nüfuzlu döyüş təşkilatı ilə müqavilə imzalayıb. O, burada debüt döyüşünü də keçirib.
9. Dünya üçüncüsü
Cavad Ağayev dünya çempionatının bürünc medalını qazanıb. Taekvondoçumuz Meksikanın Qvadalaxara şəhərində keçirilən yarışda fərqlənib. 68 kq çəki dərəcəsində çıxış edən Ağayev yarımfinala qədər irəliləyib. Finalın bir addımlığında büdrəyən idmançımız dünya üçüncüsü olub.
10. Avropa gümüşü
Karate üzrə Azərbaycan yığması Avropa çempionatında gümüş medal qazanıb. “Qəbələ”nin üzvləri Rafael Ağayevlə Rafiz Həsənov da millinin heyətində olub. Təmsilçilərimiz Türkiyənin Qaziantep şəhərində keçirilən 57-ci qitə çempionatında uğura imza atıblar.
11. Yeni tərəfdaşlar
“Qəbələ” İdman Klubu yeni tərəfdaşlarla anlaşıb. Yanvarda “West Hospital” klinikası ilə tibbi tərəfdaşlıq müqaviləsi imzalanıb. Tərəflər arasında əməkdaşlıq razılaşması 1,5 illik nəzərdə tutulub. Klubumuz martda “Kəhriz Su” ilə əməkdaşlığa da başlayıb. Şirkətlə su tərəfdaşlığı barədə razılaşma 2022/23 mövsümünün sonunadək qüvvədə olacaq. Avropanın innovativ şirkətlərindən olan, idman sənayesi üçün texnoloji həllər və yeniliklər təklif edən “Blocksport” ilə müqavilə oktyabrda imzalanıb. Bu tərəfdaşlıq 3 ili əhatə edəcək.
12. Mükafatçılar
“Qəbələ”nin fərdi idman növlərində çıxış edən təmsilçiləri Azərbaycan çempionatlarında da uğurla çıxış edib. Namiq Yarəliyev (54 kq) və Kamran Şahsuvarlı (80 kq) kişi boksçularn yarışında gümüş medala yiyələnib. Məhsəti Həmzəyeva (57 kq) qadın əlcək sahibləri arasında ölkə çempionu olub. Gənc boksçuların yarışında isə Fərhad Şeydayev (75 kq) qızıl, Ramal Yolçuyev (48 kq) gümüş əldə edib. Kikboksçularımızdan Alim Nəbiyev (81 kq) “Full Contact” versiyası, Əbdülhüseyn Qurbanov (+91 kq) gənclər və yeniyetmələr arasında ölkə çempionu olmağı bacarıb. Klubumuzun cüdoçusu Tamerlan Cabbarov (90 kq) 18 yaşadək yeniyetmələr arasında Azərbaycan çempionu adını qazanıb. Rəşad Veysəlov (57 kq) 15 yaşadək yeniyetmə sərbəst güləşçilər arasında ölkənin ən güclüsü olub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
-
22:18
“Zirə”nin rəqibi Gürcüstan Superkubokunu qazandı
-
22:00
DÇ: İngiltərə 1/8 finala yüksəldi
-
21:23
“Qarabağ” "Ferentsvaroş"a da uduzdu
-
20:57
“Zirə” Türkiyə klubuna qalib gəldi
-
19:35
"Marsel"də yeni baş məşqçi
-
19:06
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti açıqlandı
-
18:52
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
-
18:19
“Neftçi” səfər formasını təqdim etdi - “Qara Qızıl” FOTOLENT
-
17:44
"Şəfa" rumın legioner transfer etdi
-
17:21
Meksikanın qələbəsi 2 nəfərin ölümü ilə nəticələndi
-
16:58
Millimizin oyunu Gəncədə
-
16:30
Milli Paralimpiya Komitəsində parabadmintonçularla görüş keçirilib
-
16:17
Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
-
16:05
Yardımlıda keçiriləcək cüdo birinciliklərində 126 yeniyetmə mübarizə aparacaq
-
15:46
"Gəncə" kolumbiyalı legionerlə müqaviləni yeniləyib
-
15:22
3 parataekvondoçumuz Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
-
15:09
Stolüstü tennis üzrə respublika birinciliyinə yüzdən çox idmançı qatılıb
-
14:54
Yardımlıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
-
13:43
Vüsal Məsimov yenidən “Səbail”də
-
13:31
“Qarabağ”ın “Vestri” ilə oyunlarının hakimləri müəyyənləşdi
-
13:18
Azərbaycan Premyer Liqasında son 5 ilin tamaşaçı statistikası
-
12:50
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
12:25
“Qarabağ" və Yankoviç ötürmə dəqiqliyinə görə liderdir
-
12:07
2025/2026 mövsümü: Meydana çıxan yerli və əcnəbilərin sayı açıqlandı
-
11:46
Azərbaycan Premyer Liqasında hər oyuna orta hesabla 2.58 qol vurulub
-
11:12
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
-
10:54
Meksika 1/8 finalda VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
İlahə Quliyeva və Cabir Əliyev Qazaxıstanda keçirilən Memorialda medal qazanıblar
-
10:03
Kuman istefa verdi
-
09:48
Fransa İsveçə şans tanımadı VİDEO
-
23:58
Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub
-
23:14
“Neftçi”nin rəqibləri müəyyənləşdi
-
21:45
Cüdo millimiz Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
20:33
“Neftçi”dən satış rekordu
-
19:59
"Zirə" Türkiyə klubuna uduzdu
-
19:46
Şahmatçılarımızın FIDE reytinqində mövqeyi bəlli olub
-
19:27
Həbib Nurəhmədov: “Almaniya məğlubiyyətə layiq idi”
-
18:02
"Qarabağ"ın sabahkı oyunları canlı yayımlanacaq
-
17:31
"Sabah"ı Rusiya klubuna dəyişir
-
17:18
PFL I və II Liqanın başlama tarixini açıqladı
-
17:00
Qakpo Berkamp və Robbenə çatdı
-
16:45
Eltun Turabov “Səbail”ə keçdi
-
16:34
Triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı
-
16:23
“Neftçi” Sloveniya toplanışına start verib FOTOLENT
-
16:09
İnfantino DÇ-2026-da: 24 oyun, 50 min km uçuş
-
15:56
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
-
15:37
"Qəbələ" konqolu müdafiəçi transfer etdi
-
15:12
Adil Şükürov “Sumqayıt”la anlaşdı
-
15:00
“Səbail”dən növbəti transfer
01.07.2026
30.06.2026
Arxiv
| Iyul 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | 05 | ||
| 06 | 07 | 08 | 09 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||























