3 Aprel 2026, Cümə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Digər idman növləri

Məmmədyarov Karlsenə qalib gəldi

"Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov yarışda mübarizəyə start verib. Məmmədyarov ilk görüşündə yarışın təşkilatçısı Maqnus Karlsenlə qarşılaşıb. Ağ fiqurlarla oynayan “Şah” 45-ci gedişdə rəqibini məğlub edib.

2-ci matçda qara fiqurlarla oynayan və polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələn qrossmeyster 71-ci gedişdə məğlubiyyətlə barışıb. Məmmədyarov 3-cü görüşdə niderlandlı Aniş Qirini məğlub edib. Günün son qarşılaşması kanadalı Erik Hansen ilə olub. Bu oyunda tərəflər bərabərliyə razılaşıblar.

Beləliklə, 4 oyundan sonra 7 xal toplayan Şəhriyar Məmmədyarov turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30