2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Yığmamız Gürcüstana gedir

10-11 iyun 2017-ci il tarixdə Gürcüstanın paytaxtı Tiflisdə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, yarışda sərbəst güləş yığmamızın üzvləri iştirak edəcək. 
 
Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirə 10 güləşçimiz yollanır. Heyətdə Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov (hamısı 57 kq), Qalib Əliyev (61 kq), Pənah İlyaslı (65 kq), Teymur Məmmədov, Coşqun Əzimov (hər ikisi 70 kq), Kənan Əliyev, Murad Xaliqov və Aleksandr Qostiyev (hamısı 86 kq) yer alıb. 
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.
 
 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31