Digər idman növləri
Nəriman Abdullayev: “Boksçularımız Avropa çempionatına hazırdır”
Kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın Avropa çempionatına hazırlığını dəyərləndirib. Futbolxeber.az-ın məlumatına görə, federasiya saytına danışan mütəxəssis iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək yarış üçün təlim-məşq toplanışları plan üzrə uğurla davam edir: “Hazırlığın ilk mərhələsini uğurla başa vurduq. Bakıda təşkil olunan məşqlərdə komandaya köməkçi boksçular da cəlb edilmişdi. Fiziki hazırlıqlarla yanaşı, sınaq döyüşləri də keçirdik və deyə bilərəm ki, komanda Avropa çempionatına hazırdır”.
İyunun 4-də Ukraynaya yollanan Azərbaycan millisi Xarkovda hazırlığın son mərhələsinə başlayıb. N. Abdullayevin sözlərinə görə, toplanışın ikinci mərhələsində əsas diqqəti texniki və taktiki məşqlərə yönəldəcəklər: “Məşqlər yüksək səviyyədə keçir. Son 10 gündə hazırlığı Xarkovda davam etdirəcəyik. Burada yerli yığma və Ukraynaya gələcək digər komandalarla birgə toplanış planlaşdırırıq”.
Təcrübəli mütəxəssis IV İslam Həmrəyliyi Oyunları ilə müqayisədə heyətdə edilən dəyişikliklərə də aydınlıq gətirib: “Bəzi boksçularımız İslamiadada zədələndi. Bu səbəbdən də əvəzedicilərinə şans verəcəyik. Məsələn, yarışda qaşları partlayan Tamerlan Abdullayev Avropa çempionatında iştirak edə bilməyəcək. Onun əvəzinə təcrübəli Pərviz Bağırovu sınayacağıq. 81 kq-da da dəyişiklik etmişik. Rauf Rəhimovun əvəzinə Eldar Quliyev özünü göstərməyə çalışacaq. Məsud Yusifzadənin isə çəkisi az olduğu üçün 52 kq-da deyil, 49 kq çəki dərəcəsində işləyəcək. Bu çəkidə dünya çempionumuz Elvin Məmişzadə rinqə çıxacaq. 91 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədovun İslamiadadan da öncə dirsəyində zədəsi vardı. Bu yarışda final döyüşündən sonra yenidən ağrılar hiss olunmağa başladı. Hazırda müalicə olunduğundan Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayevə şans verəcəyik”.
N. Abdullayev Avropa çempionatı ilə bağlı hədəflərini də açıqlayıb. O bildirib ki, məqsədləri uğurlu çıxışla yanaşı, dünya çempionatına maksimum sayda lisenziya qazanmaqdır: “Komandamızın heyətində 3 dünya çempionu var. Elvin Məmişzadə, Cavid Çələbiyev və Məhəmmədrəsul Məcidova ümidlərimiz böyükdür. Amma bu o demək deyil ki, digərlərinə inanmırıq. Biz hər bir boksçumuzdan uğur gözləyirik. Püşkdən də çox şey asılı olacaq. Qitə birinciliyində dünya çempionatına 10 vəsiqə də hədəfləmişik. Bunun üçün ilk “səkkizliy”ə düşmək kifayət edəcək”.
Qeyd edək ki, Avropa çempionatında yığmamızın şərəfini Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
-
10:32
Bu gün "Mingəçevir Reqatası-2026"ya yekun vurulacaq
-
10:14
Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
-
09:51
Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
-
00:23
Millimizdən 5 qollu məğlubiyyət
-
20:41
Azərbaycanın stolüstü tennisçilərindən 5 medal
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
02.10.2026
01.10.2026
30.09.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























