Digər idman növləri
Bakıda İslam Oyunlarının rəsmi açılışı oldu
Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi baş tutub.
Futbolxeber.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda 2 saat davam edən mərasimdə Azərbaycan və islam mədəniyyəti tərənnüm edilib, idmançıların paradı və atəşfəşanlıq olub.
Açılış mərasiminin keçirildiyi Bakı Olimpiya stadiona Azərbaycan bayrağı gətirilib. Azərbaycan bayrağı 8 nəfər tərəfindən gətirilib və Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi tərəfindən qaldırılıb, dövlət himni səsləndirilib.
Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb. Ekranlarda göstərilən videoçarxda başlanğıc mərasimində Xəzərdən başlayan səyahət və Azərbaycanın böyük təbii gözəlliyə malik müxtəlif yerlərindən suyu toplayan uşaqlar göstərilib. Əllərində mis qablar tutan uşaqlar stadiona daxil olub və Azərbaycan sularını səhnədəki böyük mis siniyə töküblər. Uşaqların arxasında pirotexnika şəlaləsi işə düşüb.
Daha sonra isə komandaların paradı başlayıb. Hər komanda stadiona öz bayrağı altında daxil olub.
Onlar plakat saxlayan kişinin və mis qabda su daşıyan qadının arxasınca gediblər. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayıb. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayıb. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətirilib. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılıb. Bütün idmançılar və hakimlər adından and içilib.
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin çıxış ediblər.
Sonra Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib, Bakı Olimpiya stadionunun damında atəşfəşanlıq başlayıb.
“Bakı-2017” yazısını formalaşdıraraq gecə səmasına işıq saçıb. Azərbaycan komandası stadiona daxil olduğu zaman qarşıda gedən xanım mis su qabını əlində qapıdan səhnəyə daxil olub. 56 digər su daşıyıcısı ona qoşulub. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil ediblər. Qadınlar suyu siniyə töküblər və nəticədə gözəl fəvvarə alınıb İslam aləmi bununla rəmzi olaraq birləşib.
Açılış mərasimində sülh və ümid haqqında universal hekayət təqdim edilib, İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb.
Nümayiş etdirilən videoçarxda Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış Mina adlı kiçik qız və onun çərpələngindən bəhs edilib.
Qobustanın qayaüstü rəsmləri ekranda göstərildiyi zaman Mina spiral strukturlardan asılan, ipək zolaqları ilə dövr edən digər dörd səhnə ustası ilə havaya qalxıb. Alim Qasımov minarənin zirvəsində azan oxuyub. Mina Heydər Məscidinə yollanıb. Əllərində fənər tutan yüzlərlə insan ona qoşulub. Hərəkət edən fənərlər sayəsində gözəl şəkildə işıqlandırılmış bəzəklər formalaşıb. Gündəlik həyatın bir hissəsi olan ənənələrinə sadiq, İslam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film ekranda nümayiş olunub. Çəkilişlər Azərbaycan, Avstraliya və Filippində aparılıb. Sonra yeni macəra başlayıb. Mina keçmiş zamana yollanıb və dünyanı gəzib dolaşıb, dahi şairləri görüb, planetimizdən kənar kainatı seyr edib. Mərasimin bu hissəsində 40-dan artıq heyvandan - atlar, dəvələr və ulaqlardan istifadə olunub. 70-dən artıq iştirakçı, böyük tacir arabası, canlı at və dəvələr, qartal və şahin fiqurlarından ibarət səhnə göz qarşısında canlanıb. Mina ağ atın belində səhnəyə daxil olub. 16 at eyni ritmlə addımlayaraq dövr edən çarxı formalaşdırb və sonra atlar paralel olaraq yan-yana keçiblər. Öz çərpələngini daşıyan Mina karvansaralarda tacir və səyyahlarla söhbət edib. Səhnədə nümayiş etdirilən böyük ölçülü kitablar İslam sivilizasiyasının dahi ədiblərinə hörmət əlaməti olaraq göstərilib. Səhnədə Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət günəş sisteminin böyük modeli yaradılıb. Uçan çərpələngində əyləşmiş Mina Ay mənasını daşıyan topu ilanın ağzına atıb və fil saatı işə düşüb. İlan aşağı əyilərək, mexanizmi hərəkətə gətirib və “Bilik” mərasimi bununla bitib.
Birdən birə qopan fırtına səhnədəki hər şeyi süpürüb aparıb Mina öz yolundan azıb. Simurqun lələyi Minanın köməyinə gəlib və onun dostları ildırım surəti ilə aşağı enərək, qızın imdadına yetişiblər. Mina öz çərpələngində Bakı üzərindən uçub, öz doğma şəhərinin yeni simasını görüb. Tanışlığa Xəzər dənizinin sahilində yerləşən Xalça Muzeyi ilə başlanıb. Ağ geyimdə səhnə ustası Heydər Əliyev Mərkəzinin hamarkonturlarını canlandırıb Şəhərdəki ondan artıq gözəl memarlıq nümunəsini gördükdən sonra görüntülər Bakı Olimpiya Stadionu ilə başa çatıb. Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçub. Yüz minlərlə kiçik altıbucaq çərpələng auditoriya üzərində dalğalanıb Yerdə və havada “yanar çarx” fişəngi alovlanıb və fırlanıb, stadion üzərində gecə səmasında atəşfəşanlıq başlayıb.
Hekayət başladığı məkana - sakit Filarmoniya bağına qayıdıb. Mina ürəkdolusu sevinclə babası ilə görüşərək babasına təşəkkür edib, çərpələngini yeni səyahətə yollayıb ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxıb və səmaya uçub. Mərasim stadion və Bakı Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitib.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq. Bu növlərdən ikisində əlil idmançılar da qüvvələrini sınayacaqlar. Bunlar paraatletika və paracüdo yarışlarıdır. İslamiadanın ilk medalları isə açılış mərasiminin ertəsi günü öz sahibini tapacaq. Həmin gün 6 növ üzrə 23 dəst mükafat təqdim olunacaq. Medallar baxımından ən zəngin gün mayın 17-dir. Həmin gün idmançılar 35 dəst medala yiyələnəcəklər.
Yarışların proqramında bəzi yeni idman növləri də var. Əvvəlki İslamiadalardan fərqli olaraq, bu dəfə zorxana, güləş, cüdo, boks, atıcılıq, paracüdo, paraatletika, bədii və idman gimnastikası yarışları keçiriləcək. Bunadək basketbolun klassik növü üzrə yarışlar təşkil edilirdisə, Bakı-2017-də 3X3 üzrə qaliblər bəlli olacaq. Klassik basketbolun yoxluğunda, komanda idman növlərindən su polosu, voleybol, həndbol və futbol üzrə mükafatçılar müəyyənləşəcək.
Təkbətək idman növlərindən isə idmançılar atletika, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, taekvondo, ağır atletika və uşu yarışları keçiriləcək. Əvəzində badminton, atçılıq, qılıncoynatma bu dəfə yarışların siyahısından kənarda qalıb.
Ən çox medal dəsti atletlərin və üzgüçülərin mübarizəsində oynanılacaq. Burada hər 2 növ üzrə 42 çempion müəyyənləşəcək. Güləşçilər 24, atıcılarla uşu ustaları hərəyə 20 dəst medal uğrunda yarışacaqlar.
Komanda idman növlərindən yalnız ikisində - su polosu və futbolda bir medal dəsti nəzərdə tutulub. Bu da onlarda yalnız kişi idmançıların qüvvələrini sınamaları ilə bağlıdır (APA).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- FİFA referiləri I Liqa oyunlarında
- Cenklə Avropa “cənginə”
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
-
10:41
Minifutbol üzrə Avropa çempionatı start götürür
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"Şamaxı"da növbəti ayrılıq
-
09:46
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
-
19:00
I Liqada mingəçevirli və zaqatalalı azarkeşlər fərqləndi
-
18:39
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
-
17:57
"Səbail"in məşqçisinə və futbolçularına cəza
-
17:12
Nicat Mehbalıyevlə yollar ayrıldı
-
16:45
Basketbol yığmalarımız Belarusa yollanıb
-
16:24
Minifutbol millimizdən Avropada yaşayan azərbaycanlılara dəvət
-
16:08
Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyada iki beynəlxalq turnirdə mübarizə aparacaqlar
-
15:56
"Şamaxı"nın 5 futbolçusu komandadan ayrılıb
-
15:30
“Neftçi” Kuçla da vidalaşdı
-
14:41
"Araz-Naxçıvan" Andrey Demçenko ilə yollarını ayırdı
-
14:13
Millimizin heyəti açıqlandı
-
13:59
Metyu 2 oyunluq cəzalandı
-
13:22
Azarkeş sayında “Qarabağ” 1-ci, “Neftçi” 2-ci, “Sumqayıt” 3-cü oldu
-
13:07
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı
-
12:35
DÇ-2026: Qana millisinin heyəti açıqlandı
-
12:14
Berdıyev: “Azərbaycanda çox istedadlı uşaqlar var”
-
11:58
Murad Məmmədov "Pafos"a keçdi
-
11:40
Aydın Bayramov: “Güclü olan mübarizədən qalib ayrılır, əsas ruhdan düşməməkdir”
-
11:26
“Neftçi” iki legionerlə vidalaşdı
-
11:13
Yankoviç mövsümü dəyərləndirdi: “Yüz il xatirələrdə qalacaq səyahət”
-
10:51
“Volfsburq” ikinci Bundesliqaya yuvarlandı VİDEO
-
10:39
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
-
10:27
Saşa İliç “Sumqayıt”dan getdi
-
10:02
Rüfət Abbasov: “Şamaxı”nın formasını daşımaq qürur idi”
-
09:45
"Neftçi" çempionluğunu rəsmiləşdirdi VİDEO
-
20:30
Dünya Kubokunda yarışacaq 3x3 basketbol yığmamızın heyəti açıqlanıb
-
19:14
DÇ-2026: İspaniya millisinin “26-lığ”ı müəyyənləşdi
-
18:45
Dambrauskasa verilən “gic-gic suallar”
-
17:52
“Bursaspor” Toralı belə təqdim etdi VİDEO
-
17:23
Toral Bayramov Türkiyə klubuna keçdi
-
17:00
“Slovakiyaya dünya çempionu kimi yollanmağımız işimizi çətinləşdirir”
-
16:48
Avropa çempionatı üçün millimizin heyəti açıqlandı
-
16:39
Millimizin qapıçısı: “Federasiya rəhbərliyi tam dəstəklə arxamızdadır”
-
16:21
“Qəbələ” - “Mingəçevir” matçının hakimləri müəyyənləşdi
-
16:07
Minifutbol millimizin açıq məşqi FOTOLENT
-
15:56
Elşad Quliyev: “Yaxşı nəticə qazanmaq üçün tam gücümüzlə mübarizə aparacağıq”
-
15:34
PFL Premyer Liqanın bombardirini mükafatlandırdı
-
15:15
İngiltərə klubu 53 ildən sonra avrokuboklarda
-
15:02
"Araz-Naxçıvan" qapıçısı ilə yeni müqavilə imzaladı
-
14:43
Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda altıncı olub
-
14:29
Rossi "Şamaxı"dan getdi
-
14:00
"Qızıl buts"ın qalibi müəyyənləşdi
-
13:38
Əfran İsmayılov "Araz-Naxçıvan"dan getdi
-
13:17
AFFA millinin baş məşqçisi ilə yolları ayırıb
-
12:51
"Deportivo" 8 ildən sonra La Liqaya qayıtdı
-
12:25
“Füzuli Məmmədovun gəlişindən sonra “Karvan-Yevlax”da müsbət dəyişikliklər oldu”
27.05.2026
26.05.2026
25.05.2026























