1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Türkiyə millisinin naxçıvanlı üzvü: “Finalda Azərbaycandan revanş alacağıq”

“Bizim üçün oyun uğursuz alındı. Məğlub olduq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri Türkiyənin qadınlardan ibarət həndbol yığmasının üzvü Qönçə Naxçıvanlı deyib.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Türkiyə yığması Azərbaycana 22:27 hesabı ilə uduzub.

Matçdan sonra Naxçıvanlı yenilginin səbəbini millimizin qapıçısının inamlı oyunu ilə izah edib: “Oyuna zəif başladıq. Sona yaxın çalışsaq da, fərqi aradan qaldırmaq mümkün olmadı. Azərbaycanı təbrik edirəm, gözəl oynadılar. Xüsusən də qapıçını qeyd edərdim. Qapıya doğru xeyli sayda zərbə endirsək də, məğlub olduq. Müdafiədə yaxşı, hücumda isə zəif oynadığımızı düşünürəm”.

Təcrübəli həndbolçu finalda yenidən Azərbaycan millisi ilə qarşılaşmaq istədiklərini bildirib: “Yarımfinalda Kamerunla qarşılaşacağıq. Təbii ki, Özbəkistanla görüşməyi üstün tutardıq. Lakin istəyimiz alınmadı. Kamerunu məğlub edəcəyimizi düşünürəm. Azərbaycanla finalda yenidən görüşəcəyik. İkinci görüşdə revanş alacağıq. Çünki belə turnirlərdə 1 komanda ilə ikinci dəfə görüşməməlisən. İkinci dəfə yenidən qələbə qazanmaq çətin olur”.

Türkiyə yığmasının üzvü soyadının Naxçıvanlı olmasına da aydınlıq gətirib:

“İzmirdə doğulsam da, babam naxçıvanlıdır, atamın atası. Naxçıvanda da, Bakıda da qohumlarım var. Bu gün oyuna gəlmişdilər. Bilmirəm daha mənə azarkeşlik edirdilər, yoxsa Azərbaycan yığmasına (gülür). Azərbaycanda daha əvvəl də olmuşam yarışda”.

Söhbətləşdi: FƏRƏC








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31