Digər idman növləri
“Tour d’Azerbaidjan-2017”nin 3-cü günü: Kiril Pozdnyakov liderliyini qoruyur
Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının 3-cü mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, 2.1 kateqoriyalı yarışın 177 km-lik Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutundan sonra Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderliyini qoruyub.
Mərhələ qalibi isə bizə yaxşı tanış olan, "Synergy Baku"nun keçmiş üzvü, hazırda Avstriyanın "Amplatz BMC" komandasının şərəfini qoruyan sloveniyalı Matey Müqerli olub - o məsafəni 4 saat, 20 dəqiqə, 32 saniyəyə başa vurub. Xatırladaq ki, Matey Müqerli ötən il "Synergy Baku"nun heyətində də bu mərhələnin qalibi olmuşdu. İsrailin "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim və Ukraynanın "Kolss" komandasının təmsilçisi Vitaliy Buts qaliblə eyni vaxt göstəricinə imza atmaqla finiş xəttini müvafiq olaraq 2-3-cü keçiblər.
"Synergy Baku"nun üzvlərinə gəlincə, Kiril Pozdnyakov və Yosip Rumaç finişi ümumi pelotonda keçməklə fotofinişə əsasən 14 və 15-ci olublar. Məhz bu nəticə Kiril Pozdnyakova ümumi təsnifatda liderliyi qorumağa şərait yaradıb və o mavi rəngli "Synergy" köynəyini özündə saxlayıb. Hazırda velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın "Kolss" komandasının üzvü Oleksandr Polivodanı 39 saniyə qabaqlayır.
Aralıq sprintlərində hamıdan çox xal toplayan "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli "SOCAR" köynəyini özünə qaytarıb. Ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli AZAL köynəyi Ukraynanın "Kolss" komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın "Team Sauerland NRW p/b Henley & Partners" klubunun üzvü Feliks İntra isə yenidən ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təltif edib.
Matey Müqerli: “Dünənki mərhələ çox çətin oldu və hamı yoruldu. Bu gün isə çox maraqlı mübarizə baş tutdu. Yaxşı komandamız var, birgə işlədik və gücümüzü tam ortaya qoyduq. Finişə 200 metr qalmış 1-ci yeri tutmaq üçün əlimdən gələni etdim və istəyimə nail oldum. Artıq 4-cü dəfədir burda yarışıram. Bu da marşrutu əzbər bilməyimə kömək edir. "Synergy Baku mənim üçün doğmadır, çünki uzun müddət bu komandanın üzvü olmuşam".
Kiril Pozdnyakov: “Bugünkü mərhələ dünənkinə nisbətən çox rahat keçdi. Komandama uğurlu çıxışa görə minnətdaram. Düzdü, komanda üzvlərimizlə hərdən bir-birimizlə məsafəmiz artırdı, amma bir-birimizə kömək edə bilirdik".
Mayın 6-da velosipedçilər yarışın ən çətin dağ mərhələsində mübarizə aparacaqlar. İştirakçılar bu dəfə saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürməklə İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu marşrutu üzrə 164 km məsafə qət edəcəklər. Ötən illə müqayisədə bu dəfə Ağsu dolaylarını marşruta əlavə edilməsi dağ mərhələsinə olan marağı daha da artırıb. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
-
10:54
“Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
-
10:31
Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
-
10:17
"Mingəçevir Reqatası-2026": İkinci mərhələyə start verilir
-
10:00
Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər
-
09:43
"Zirə"nin futbolçusu millidə qol vurdu
-
09:29
U-21 millimiz Şotlandiyaya qarşı
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
30.09.2026
29.09.2026
28.09.2026























