15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

“Tour d’Azerbaidjan-2017”: 3-cü mərhələnin qalibi bəlli oldu

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun üçüncü mərhələsinə start verilib. Futbolxeber.az-ın məlumatına görə, velosipedçilər Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 177 kilometr məsafə qət ediblər.
 
Finiş xəttini ilk keçən "Amplaç" (Avstriya) komandasının üzvü Matey Müqerli olub.
 
Qeyd edək ki, yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.
 
İştirakçılar dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31