15 Fevral 2026, Bazar günü
Rəşad Sadıqovdan qələbə şərhi
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi

Digər idman növləri

Güləşçimiz olimpiya medalından məhrum edildi

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.

Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb.

İOC-un qərarına əsasən, artıq karyerasını başa vurmuş güləşçi gümüş medal və diplomunu geri qaytarmalıdır. Dünya Güləş Birliyi isə medalı kimə verəcəyini özü müəyyənləşdirməlidir.

Qeyd edək ki, Vitali Rəhimov "Pekin-2008"də 60 kq çəki dərəcəsi üzrə final qarşılaşmasında rusiyalı İslambek Albiyevə uduzub. O, yarımfinalda qazaxıstanlı Nurbakıt Tengizbayevi məğlub edib (sportnet.az)








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28