1 Yanvar 2026, Cümə axşamı
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

İsmayıllıda velosiped yarışı keçirilib

5 mart - "Bədən tərbiyəsi və idman günü" münasibətilə İsmayıllı Olimpiya İdman Kompleksində velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilən yarışdan öncə idarənin rəisi Taleh Salehov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq yarış iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib.

Komanda şəklində keçirilən yarışda 1-ci və 3-cü yerləri Olimpiya İdman Kompleksinin velosiped bölməsində məşğul olan idmançılar tutublar. 2-ci yerə isə Həvəskarlar komandası layiq görülüb. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Qeyd edək ki, regionlarda velosiped idman növünün inkişafı məqsədilə həyata keçirilən xüsusi proqram çərçivəsində AzVİF və İsmayıllı Olimpiya İdman Kompleksi arasında əldə olunmuş razılığa əsasən, adı çəkilən idman qurğusunda 1 ildən artıqdır ki, velosiped bölməsi fəaliyyət göstərir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31