Digər idman növləri
Rəşad Məcid: “Avropa Oyunlarının yüksək standartını Azərbaycan müəyyənləşdirdi”
Bakıda birinci Avropa Oyunları davam edir. İlk gündən yarışı yaxından izləyənlər arasında Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də var.
Rəşad Məcid Qol.az saytına müsahibəsində Avropa Oyunlarının açılışı, gedişatı haqda danışıb, bəzi Avropa ölkələrinin Azərbaycan haqda başladıqları qarayaxma kampaniyasına münasibət bildirib.
- Yarışların ilk günündən, hələ açılış mərasimindən əvvəl “Bakı-2015”in oyunlarını arenalardan izləməyə başlamışam. O möhtəşəm mərasimdən öncə Bakı Su İdman Sarayında sinxron üzgüçülük yarışlarına baxdım. Bu, yeni, çox incə estetik zövqlə tikilmiş idman arenasında olmaq və yüksək səviyyədə təşkil olunmuş yarışlara baxmaq özü gözəl bir hiss idi. Açılış mərasimi isə möcüzə idi. Biz son vaxtlar eşidirik ki, Azərbaycanı tanıtmaq üçün Avropa Oyunları bir fürsətdir. Amma çox vaxt bunun mahiyyətinə varmırıq. Açılış mərasimi təkcə insanların tamaşa etdiyi, gördüyü, diqqətini cəlb etdiyi adi şou deyildi. Bu, həm də Azərbaycan tarixinin, mədəniyyətinin, musiqisinin, incəsənətinin uğurlu təqdimatı idi. Orada xalq musiqisi, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri səsləndirildi, Azərbaycanın tarixinin, ədəbiyyatının ən müxtəlif məqamları işıqlandırıldı. Müəyyən kodlarla dünyaya, açılışda iştirak edənlərə bir mesaj çatdırılırdı. Bu mərasimdə intellektual səviyyə, ideya var idi. Azərbaycanın təbliğindən başqa, insanın oddan, havadan, sudan, torpaqdan yaranması, bu insanın da Azərbaycanla, Qobustanla əlaqələndirilməsi ştrixlərlə, kodlarla nümayiş etdirildi.
Bundan başqa, Alim Qasımovun ifasında “Qarabağ şikəstəsi”, “Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ" nidası mərasim boyu aşağı tembrlə səsləndirildi və insanların alt şüuruna, yaddaşına hakim kəsildi. Eləcə də, “Sarı gəlin”in o cür təqdim olunması və 2 minə yaxın qızın Azərbaycan bayrağının təsvirini yarada bilməsi heç vaxt unudulmayacaq.
Mən açılış mərasimini Olimpiya stadionunda izləyəndə böyük qürur hissi keçirdim. Bir neçə yerdə gözlərim yaşardı. Həm mədəniyyətimizdən, tariximizdən, musiqimizdən bir daha qürurlanırdım, həm də bu mədəniyyətin belə yüksək səviyyədə təqdim olunmasından fəxarət hissi keçirirdim. Azərbaycanın Avropa Oyunlarına hazırlaşması üçün vaxtı az idi. Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, hörmətli Mehriban xanim Əliyevanın rəhbərliyi ilə qısa müddətdə təşkilati işlərin yüksək səviyyədə görülməsi inanılmaz hadisə idi. Bütün bunlar böyük zəhmət sayəsində mümkün oldu. O gecə stadionda olanların, açılış mərasiminə baxanların yaddaşından silinməyəcək hadisə baş verdi. Milyonlarla insan unudulmaz anlar, unudulmaz duyğular yaşadılar. Bu duyğuları insan həmişə yaşaya bilmir. Buna görə də bütün bu hisləri bizlərə yaşadanlara təşəkkürümü bildirirəm.
Tədbirdə bir sıra xarici ölkələrin dövlət başçıları, hökumət nümayəndələri vardı. Bəlkə də həmin mərasimi izləyəndə onların bir çoxu həsəd hissindən çox paxıllıq hissi keçirırdilər. Çünki həsəd o zaman olar ki, bir işi sən də görə bilərsən. Amma həmin gecə elə bir misilsiz hadisə baş verdi ki, müəyyən qısqanc qüvvələr buna paxıllıq da edirdilər. Çünki belə bir möhtəşəm mərasimi ərsəyə gətirmək böyük enerji, istedad, güc, intellekt tələb edirdi. Bunu Azərbaycan bacardı: Azərbaycan prezidenti cənab İlham Əliyevin iradəsi ilə, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə. Doğrudan da qısa müddətə - iki il yarıma bu təşkilati işləri boynuna götürmək və onun öhdəsindən yüksək səviyyədə gəlmək böyük məsuliyyət idi.
- Demək olarmı ki, bu açılış mərasimi dünyanı təəccübləndirdi?
- Əlbəttə. Amma bu şəkildə qeyri-adi olmağı, dediyim kimi, bəzən qısqanclıq və həsəddən çox bir az da paxıllığa gətirib çıxardı. Bu uğurumuza sevinənlər də az olmadı. Onların arasında Türkiyəni xüsusi qeyd edərdim. Bu yarışlar zamanı Türkiyə rəhbərliyi və bütün türk xalqı bizimlə birgə oldu və birgədir. Açılış zamanı Türkiyə idmançıları stadiona daxil olanda isə bizim azarkeşlər tərəfdən ən çox onlar alqışlandı. Bu, bir millət, iki dövlət olduğumuzun növbəti sübutu idi.
- Bu açılış dünyaya hansı mesajlar verdi?
- Əminəm ki, gələcəkdə bizim jurnalistlər, yazarlar tərəfindən açılış mərasiminin dərinlikləri, kodları hələ çox araşdırılacaq. Çünki orada həddindən artıq çoxlu məqam var ki, xırdalanmalı və geniş ictimaiyyətə çatdırılmalıdır. Bu mərasim bir daha təsdiqlədi ki, Azərbaycan xalqı qədim tarixə, mədəniyyətə malik bir xalqdır. Meydançaya narın simvolunun gətirilməsi və nar dənələrin səpələnməsinin altında da bir ideya vardı. Bu onu göstərir ki, nə qədər səpələnsək də, planetin ayrı-ayrı yerlərinə düşsək də, biz - bütün insanlıq hamımız bir narın dənələriyik.
Ümunmilli lider Heydər Əliyevin müdrik bir fikri var: "Azərbaycan dünyaya günəş kimi doğacaq". İndiyə kimi bunun mahiyyətinə bəlkə də o qədər varılmırdı. Amma məhz Avropa Oyunlarında həmin fikir tez-tez yada düşürdü. Həqiqətən məhz açılış mərasimi Azərbaycanın dünyaya günəş kimi doğması idi. Həm o fişənglər, stadionun o cür işıqlandırılması, günəşə bənzəməsi, gur alov - bunlar hamısı ulu öndərin fikirlərinin gerçəkləşməsinin bir sübutu idi.
- Avropa Oyunları ilə bağlı Azərbaycanın dünyaya verdiyi mesajlardan danışdıq. Bəs, sizcə, Avropa Oyunları Azərbaycana nə verəcək?
- Birinci mesaj dünyaya Azərbaycanı, Azərbaycan insanını tanıtmaqdır. Azərbaycan insanı, cəmiyyəti haqda olan yanlış təsəvvürləri aradan götürməkdir. Çünki xaricdə çox insan var ki, Azərbaycan haqda təsəvvürləri yanlışdır. Bura gələndən sonra isə Azərbaycanın inkişaf etmiş, demokratik, səviyyəli bir ölkə, Bakının necə gözəl şəhər olduğundan heyrətə gəlirlər və bunu dəfələrlə görmüşük.
Fikir verirsinizsə, Avropa Oyunları başlayandan bizim Bakımız elə bil başqa şəhər olub. İnsanlarımız da dəyişib. Mən bir neçə dəfə də çıxışlarımda demişəm ki, mütləq hər bir insan öz həyat yoldaşını, övladlarını, dostlarını götürüb Bakıdakı bu yarışları izləməlidirlər. Yarışları izləyərkən insanin ruhu dəyişir, havası təzələnir, başqa mühitə düşürsən, eyni zamanda yüksək səviyyəni görüb onunla qürur duyursan. Bu baxımdan Azərbaycan üçün bu 17 gün unudulmaz günlərdir. Biz bu günlərdən zövq almalıyıq, türklər demiş, dadını çıxarmalıyıq. Uzun illər də bu, cəmiyyətimizdə öz müsbət təsirini qoruyacaq. İnsanların münasibətində, səviyyəsində unudulmaz izlər buraxacaq.
- Bu oyunlar zamanı biz ölkəmizə qarşı Avropa tərəfindən növbəti dəfə ikili standartın şahidi olduq. Avropa Oyunları başlayandan qarayaxma kampaniyası daha da artıb.
- İkili standartlar, siyasi maraqlar, qısqanclıqlar adətən hakim siyasətçilərdə, siyasəti yönəldənlərdə olur. Amma bəzən sadə insanlara da sirayət edir. O kampaniya onların öz ölkələri üçün hesablanıb. Bakıya gələn sadə adamlar, idmançılar, azarkeşlər isə burada əks mənzərəni görürlər. Onlar əmin olurlar ki, ölkələrində bizimlə bağlı qarayaxmaların, deyilən neqativ fikirlərin heç bir əsası yoxdur, Azərbaycanda tam başqa mühit var. Azərbaycan bütün dünyaya xoş məramla açılan dövlətdir.
- Yarışları canlı olaraq, fəal şəkildə izləyənlər arasında siz də varsınız. Daha çox hansı yarışlara baxmısınız?
- Su İdmanı Sarayında və Gimnastika arenasında keçirilən yarışlara baxdım və çox yüksək zövq aldım. Sinxron üzgüçülük, bədii gimnastika, akrobatika Azərbaycanda ənənəsi olmayan idman növləridir. Amma burada da Azərbaycan idmançıların özlərini yaxşı tərəfdən göstərməsi heç də o ənənəsi olan ölkələrin idmançılarından geri qalmaması adamda qürur hissi doğururdu. İdmançılarımızın Avropa Oyunlarındakı böyük qələbələrinin arxasında, əlbəttə, onların peşəkarlığı, zəhməti, məsuliyyəti dayanır. Amma eyni zamanda idmançıya güclü ruh lazımdır. Bu ruh isə mühitdən, azarkeşlərdən gələ bilər. İdmançının azarkeşi ölkə rəhbəri və onun xanımı olanda idmançıda sarsılmaz ruh yaranır. Bu mənada cənab prezidentin, hörmətli Mehriban xanımın yarışlara birbaşa arenalardan baxması istər-istəməz idmançılarımıza qol-qanad verir. Məhz o ruhun hesabına da biz çox böyük əhalisi olan ölkələrin içərisində medalların sayına görə ikinci sıradayıq.
- Azarkeşlərdən söz düşmüşkən, istər açılış mərasimində, istərsə də hazırda davam edən yarışlarda onların fəallığı müşahidə olunmaqdadır.
- Doğrudur. Final yarışlarında Azərbaycan prezidentinin, birinci xanımının iştirakından danışdıq. Eyni zamanda Milli Gimnastika Arenasında bizim komadanı dəstəkləyən fan-klubu da qeyd edərdim. Onlar Azərbaycan bayrağı ilə, coşqu ilə idmançlarımızı dəstəkləyirdilər. Demək olar ki, hər yarışda biz bütün arenaları dolu görürük. O yarışları izləmək, dediyim kimi, özü də bir zövqdür. İdman növlərinin bir çoxu incəsənətlə bağlıdır. Sinxron üzgüçülük, bədii gimnastika musiqi və rəqsin vəhdətidir.
Mənə zövq verir ki, Bakı Su İdman Sarayında keçirilən final zamanı demək olar ki, boş yer yox idi. Düzdür, xaricilər, öz komandalarını dəstəkləyənlər də çox idi, amma eyni zamanda azərbaycanlılar da öz ailələri ilə birgə gəlmişdilər və yarış bitəndən sonra da getmək istəmirdilər. Çünki arenalarda xoş ab-hava var. Orada çay içmək, söhbət etmək olur. Buna görə də heç darıxmırlar. Stadiondan çıxandan sonra da yeni açılmış bulvar tam fərqli bir mənzərədir. Yeni avtobuslar var. Bakı Su İdmanı Sarayından Yeni ağ şəhər bulvarına kimi gəzmək olar. Xaricilər üçün gecə Bakını gəmi ilə gəzmək, Bakının işlıqlarına tamaşa etmək xüsusi bir zövq verir.
- Bu yarış Azərbaycanın idman ölkəsinə çevrildiyinə işarədirmi?
- Əlbəttə, son illərdə Azərbaycan idmana diqqət və qayğı, rayonlarda olimpiya komplekslərinin tikilməsi, cənab İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtdırıb. Avropa Oyunlarında da Azərbaycan idmançıları uğurla çıxış edirlər. Azərbaycan idmançılarının qazandığı medallara görə yüksək yerdə olması da bunun bariz bir nümunəsidir. Eyni zamanda bu, gələcəkdə Azərbaycan vətəndaşlarında, gənclərində idmanda marağın daha da artmasında böyük rol oynayacaq.
- Yarışın səviyyəsi haqda fikirləriniz necədir?
- Oyunların gedişatı yarışın yüksək səviyyədə keçməsindən xəbəb verir. Hesab edirəm ki, hər birimiz idmançılarımıza dəstək olmalıyıq. Mənim qılıncoynatma, boks, voleybol, suya tullanma üzrə yarışlara da biletlərim var və həmkarlarımla birgə həmin yarışlara tamaşa edəcəm. Ötən şənbə günü Mətbuat Şurasının sədri Əflatun Amaşovla birgə su polusu yarışını izlədik, Serbiya ilə Fransa arasındakı oyuna baxdıq. Dünən olimpiya stadionunda yüngül atletika yarışlarında iştirak edən idmançılarımıza azarkeşlik etdim. Bu həftə isə qılıncoynatma və üzgüçülük yarışlarına gedəcəm. Artıq 20 nəfərdən çox həmkarıma bilet də hədiyyə etmişəm.
Ümumiyyətlə, bütün vətəndaşlarımızı Avropa Oyunlarını canlı seyr etməyə çağırıram. Elə bilirəm ki, ora gələn uşaqlar, valideynlərin qəlbində bir qığılcım olacaq, idmana, idmanın fərqli növlərinə maraq yaranacaq.
-Təkcə yerli deyil, xarici mütəxəssislər də deyirlər ki, Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyən etdi. Sizin fikrinizcə, bu standartlar nədən ibarətdir?
- Cənab prezident demişdi ki, biz Azərbaycan standartlarını göstəcərəcəyik. Azərbaycan standartları yarışın yüksək təşkilatçılıqla keçməsi, açılışda böyük incəsənətin, mədəniyyətin nümayiş etdirilməsi idi. Bundan sonra Avropa Oyunlarını keçirəcək ölkələrin üzərinə böyük məsuliyyət düşür. Bu proses təkcə idman oyunları olmadı. Bununla dünyaya mədəni, tarixi məqamlar çatdırıldı. Gələcəkdə bunu bu şəkildə etmək, bu standartları Azərbaycanda olduğu kimi təkrarlamaq çətin olacaq. Bundan sonra Avropa Oyunları keçirmək böyük məsuliyyət tələb edir. Eyni zamanda gələcəkdə başqa ölkələr Azərbaycan standartlarını ötüb keçməyə cəhd edəcəklər. Hər halda ən azı Azərbaycan standartlarından aşağı enməyi heç kim istəməyəcək, heç kim özünə rəva bilməyəcək. Ona görə də belə çıxır ki, Avropa Oyunlarının yüksək standartını Azərbaycan müəyyənləşdirdi.
Bu standartı müəyyənləşdirdiyinə, bizə böyük idman bayramı yaşatdığına görə Azərbaycan prezidenti cənab İlham Əliyevə və Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı, hörmətli Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Vətəndaşlara da bir daha səslənirəm ki, bu fürsəti əldən verməyin. Oyunlar hələ bir neçə gün davam edəcək. Gəlin, arenalara, Avropa Oyunlarına baxın, zövq alın və uzun illərin xatirəsini yaradın.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Qarabağ”dan bu yayın 7-ci transferi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Yeni klubu Medinanı təqdim etdi
-
22:00
AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib
-
21:37
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
20:16
Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
-
19:09
"Ayaks" Almaniya millisinin üzvü ilə gücləndi
-
18:43
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
-
17:21
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
-
16:54
“Qarabağ”ın sabiq hücumçusundan het-trik
-
15:32
"Neftçi SOCAR" 1/4 finala yüksəlib
-
15:10
Rövlan Muradov: “Rəhbərlik də, məşqçilər korpusu da bizə inanır”
-
14:45
Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub
-
14:24
4 güləşçimiz Türkiyədə medal qazanıb
-
13:57
AFFA Frank De Bleker ilə vidalaşdı
-
12:36
PSJ-dən növbəti transfer
-
11:49
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
"Barselona" - "Birmingem" matçında 4 qol VİDEO
-
10:51
"Arsenal"dan 90 milyonluq transfer
-
10:34
Son 1 ildə geriləyən futbolumuz - YAZI
-
10:12
"Yuventus" "Nitsa"nı məğlub etdi VİDEO
-
09:45
Anatoli Nuriyevin komandası liderliyə yüksəldi
-
23:43
Cavid Hüseynov: “Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır”
-
22:37
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
-
22:08
“Səbail”in sabiq legioneri “Şamaxı”da
-
21:54
Füzuli Məmmədovun komandasından növbəti darmadağın
-
21:15
“Qəbələ” qələbəni əldən verdi
-
20:21
"Araz-Naxçıvan" "Şəfa"ya uduzdu
-
19:42
"Turan Tovuz" qələbə qazandı
-
18:39
“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
-
18:00
Neymarın büstü qoyulub
-
17:16
Marko Yankoviç: “Kədərlənməyə vaxtımız yoxdur”
-
16:53
Üzgüçülük Federasiyasında yeniyetmə idmançılarla görüş keçirilib
-
16:27
PFL rəsmisi “APL Fantasy”dən danışdı
-
15:44
“Qarabağ”ın “Dinamo” ilə cavab oyununun da hakimləri açıqlandı
-
14:35
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
-
14:11
“Qarabağ”ın Kiyev “Dinamo”su ilə səfər matçının yeri və hakimləri bilindi
-
13:52
"Orhus" - "Sabah" oyununun hakimləri açıqlandı
-
13:29
Voleybol millimiz Yunanıstanla yoxlama oyununda qələbə qazanıb
-
12:46
Ayxan Hüseynov: “Turan Tovuz” həmişə ürəyimdədir”
-
12:33
"Vugar Gashimov Open 2026" beynəlxalq şahmat turnirinin qalibləri məlum olub
-
12:17
Polşalı ekspert Bakıda gənc boks məşqçiləri üçün təlim keçəcək
-
12:00
Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
-
11:24
"Milan"ın əfsanəsi vəfat etdi
-
10:55
Eren Aydın: “Mübarizəni dayandırmağa layiq deyildik”
-
10:41
“Qarabağ” “Dinamo”nu keçsə, pley-offdakı mümkün rəqiblər məlumdur
-
10:18
ÇSKA-nın baş məşqçisi: “İnsanlar nə qədər böyük komandaya qalib gəldiyimizi anlayır?”
-
10:02
"Zirə"dən gözlənilməz heç-heçə VİDEO
-
09:39
Mahirli "Rakuv" növbəti mərhələdə
-
09:26
"Neftçi"nin gücü 1 qola çatdı VİDEO
-
09:13
Qurban Qurbanov: “120 dəqiqəlik oyuna hələ tam hazır deyilik”
-
09:00
Murad Məmmədov debüt etdi, komandası mərhələ adladı
-
00:47
“Qarabağ” penaltilərdə məğlub oldu
01.08.2026
31.07.2026
Arxiv
| Avqust 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | |||||
| 03 | 04 | 05 | 06 | 07 | 08 | 09 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |
























