Digər idman növləri
Bakıda Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin iclası keçirilib
Respublika Velotrekində Avropa Velosipedçilər Birliyinin (AVB) Rəhbər Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iclasda aşağıdakı məsələlər müzakirə edilib: Direktorlar Şurasının son iclasının protokolunun təsdiq edilməsi; AVB-nin 2015-ci il üçün Həmrəylik Proqramı; maliyyə və büdcə məsələləri; 2014-cü ilin yekunlarına əsasən AVB auditorlarının tövsiyələri; növbəti Avropa Çempionatına hazırlıq; peşəkar velosiped idmanında və velotrek yürüşlərində islahatlar və s.
Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappertyen iclasın açılışındakı çıxışında qeyd edib ki, Avropanın bütün idman aləmi üçün əlamətdar bir vaxtda Komitənin iclasının Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Komitə üzvləri Bakıda birinci Avropa Oyunlarının əla səviyyədə təşkil edilməsinin və keçirilməsinin şahidi olublar. Velosiped idmanının üç növü üzrə yarışlar yüksək səviyyədə keçirilir. Sitat: "Biz Avropa Olimpiya Komitəsinə tövsiyə edəcəyik ki, gələcəkdə trek üzrə yarışlar qitə Oyunlarının proqramına daxil edilsin".
D.Lappartyen Azərbaycan rəhbərliyi və ölkəmizin Velosiped İdmanı Federasiyası tərəfindən idmanın bu növünün inkişafına göstərilən daimi qayğıya görə təşəkkürünü bildirib. O həmçinin qeyd edib ki, Azərbaycanın idman arenaları və velosiped idmanı bazaları Avropada ən yaxşılar sırasındadır.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanın idman arenaları həqiqətən əla səviyyədədir və bu, istər idmanın inkişafı baxımından, istərsə də ölkəmizin potensialını Avropaya və bütün dünyaya nümayiş etdirmək üçün çox vacibdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin idmanın, o cümlədən velosiped idmanının inkişafına qayğısı sayəsində mümkün olub.
Azərbaycanda idmanın gimnastika, güləş, boks, cüdo, taekvondo və bir sıra başqa növləri üzrə zəngin ənənələr yaranmasını vurğulayan S.Ələkbərov əmin olduğunu bildirib ki, Bakı-2015 yarışlarında təmsil edilmiş bir sıra başqa idman növləri də Avropa Oyunlarından sonra fəal inkişaf edəcək.
Bakı 2015 ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman bölməsinin direktoru Pirs O’Kalaxan deyib: “Avropa Oyunlarının keçirilməsi haqda söhbətlər son 40 ildə davam edirdi. 2012-ci ildə 12 beynəlxalq idman federasiyasının rəhbərləri ilə razılıq əldə ediləndən sonra Avropa Oyunlarının keçirilməsi qərar alınıb. Avropa Olimpiya Komitəsinin Romada keçirilmiş Baş Assambleyasında isə bu təşkilatın üzvlərinin əksəriyyəti Bakının namizədliyinə səs verib. Biz Azərbaycan hökuməti ilə çox sıx əlaqə saxlayırdıq, çünki vaxt həqiqətən çox az idi. Azərbaycan bu oyunları yüksək səviyyədə keçirməyə nail oldu. Artıq bu gün demək olar ki, Avropa Oyunları bütün dünyada populyarlıq qazanıb. Yarışlar 140-dan çox ölkəyə transliyasiya edilir. Idman obyektlərinin demək olar ki, hamısı azarkeşlərlə doludur. İyunun 21-də təkcə bir arenada 22 mindən çox adam var idi”.
Pirs O’Kalaxan velosiped idmanı üzrə yarışların hazırlanmasında və keçirilməsində Azərbaycan Velosiped İdmanı Federasiyasının rolunu xüsusi vurğulayıb. "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün uğurla başa çatması Bakının şosse yollarında yürüşün də uğurla keçməsinin rəhni olub. Avropa Oyunları paytaxtının yollarında veloyürüşün yüksək səviyyəsinə dəlalət edən bir fakt da ondan ibarətdir ki, həmin yarışlarda Olimpiya çempionu və Avropanın bir sıra ən yaxşı velosipedçiləri iştirak edirdi. Onun sözlərinə görə, milli nümayəndə heyətlərinin iştirakçıları Avropa Oyunlarının ən yüksək səviyyədə keçdiyini qeyd edirlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
-
16:12
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
15:59
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
15:43
Gimnastlarımız IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
15:27
"Naxçıvan"da yeni müqavilə
-
15:08
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
14:55
Həsənovun “unutduğu” epizod VİDEO
-
14:34
Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”
-
14:16
"Kəpəz"in legionerinə millidən dəvət
-
14:00
Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub
-
13:41
“Qarabağ”ın oyununun biletləri satışda
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
-
10:02
Mahir oynadı, komandası uduzdu
-
09:43
"Real"dan çətin qələbə VİDEO
-
09:20
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
17:42
Simon Banzanın yeni klubu bilindi
-
17:05
Azərbaycan - Tacikistan oyununun hakimləri müəyyənləşib
-
16:26
"Naxçıvan"dan növbəti transfer
-
15:39
AFFA I Liqanın 7 klubunu cərimələdi
-
15:13
Çempionlar Liqasının finallarını bu şəhərlər qəbul edəcək
-
14:58
"Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik"
-
14:44
Astana UEFA Superkuboku matçına ev sahibliyi edəcək
-
14:21
"Zirə" legionerini "Karvan-Yevlax"a icarəyə verdi
-
14:00
AFFA "Kəpəz"i cərimələdi
-
13:37
Azərbaycandan ayrıldı, Kipr klubuna keçdi
-
13:02
“Araz-Naxçıvan”dan yubiley qolu
-
12:55
“Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
12:16
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
11:49
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
Cəlal oynadı, komandası 1 xal qazandı
-
10:54
"İnter" - "Udineze" matçında 8 qol VİDEO
16.09.2026
15.09.2026
























