Digər idman növləri
“Bakı-2015”in məşəli Şəkiyə gətirildi
Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 25-də axşam saatlarında Şəki şəhərinə gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Avropa Oyunlarının məşəl estafeti bu qədim diyarda XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi, Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayının həyətindən start götürüb. Bir sıra beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi edən, turistlərin, xarici ölkələrdən gəlmiş dövlət rəsmilərinin, dünya şöhrətli elm, mədəniyyət və incəsənət xadimlərinin, siyasətçilərin böyük maraqla ziyarət etdiyi Şəki bu gün özünün ən sevincli tarixi günlərindən birini yaşayır.
Şəkinin fəal gənci, teleaparıcı Sədaqət Məmmədzadə sarayın həyətində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəl estafeti şəhərin mərkəzinə doğru istiqamət götürüb. On iki məşəlçi “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə hərəkət etməklə, məşəli növbə ilə bir-birinə ötürərək 2200 metrdən artıq məsafə qət ediblər. Estafetin sonuncu iştirakçısı - respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə meydanın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Meydana toplaşan minlərlə Şəki sakini bu unudulmaz anı böyük coşqu və alqışlarla qarşılayıblar.
Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş etdirilib.
Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Şəki şəhərinə təqdim edilib.
Daha sonra möhtəşəm alov festivalı başlanıb. Qeyri-adi alov şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı tədbir iştirakçılarında böyük bayram əhval-ruhiyyəsi yaradıb.
Alov festivalının sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən rayon Ağsaqqallar Şurasının sədr müavini Mustafa Əhmədov ürək sözlərini belə ifadə edib: “İnanıram ki, idmançılarımız bu yarışda da qələbələr əldə edəcək, Azərbaycanın üç rəngli bayrağını zirvələrə yüksəldəcək, himnimizi səsləndirməklə bizləri sevindirəcəklər. O gün olsun ki, Qələbə məşəlini doğma Qarabağımızda yandıraq!”.
Məşəl estafetinin iştirakçısı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi Şəki şöbəsinin sədri, ikinci qrup Qarabağ müharibəsi əlili Məmmədnuru Əzizov sevincini bölüşərək deyib: “Bu günlər ölkəmizin hər yerində olduğu kimi, Şəkimizdə də yüksək bayram əhval-ruhiyyəsi yaşanır. Bir azərbaycanlı olaraq qürur hissi keçirirəm ki, Avropa Oyunlarına ilk dəfə Azərbaycan ev sahibliyi edəcək. Şübhəsiz ki, belə bir möhtəşəm idman tədbirinin ilk dəfə Azərbaycanda keçirilməsi bütün dünyanın diqqətini ölkəmizə çəkəcək. Bu, tarixi bir uğurdur. Bakıya gələn hər bir şəxs Azərbaycanın inkişafına, zəngin mədəniyyətinə, xalqımızın qonaqpərvərliyinə şahidlik edəcək. Bu Oyunlar Azərbaycanın böyük uğuru kimi tarixə düşəcək”.
Rayon sakini Xuraman Mustafayeva isə sevinc hisslərini dilə gətirib: “Avropa Oyunları məşəlinin Odlar diyarının hər bir guşəsinə çatdırılması xalqımızın bu möhtəşəm Oyunlara necə ürəkaçıqlığı ilə hazırlaşmasından xəbər verir. Bu gün məşəlin qədim Şəkidə alovlanması hər birimizi şərəfləndirdiyi kimi, məsuliyyətimizi də qat-qat artırır. İnanıram ki, müdrik xalqımız Prezidentimizin ətrafında daha sıx birləşəcək, bütün dünya qarşısında nəyə qadir olduğumuzu bir daha nümayiş etdirəcək. Ötən hər bir gün bizi həmin möhtəşəm bayrama yaxınlaşdırır, qüvvələrimizi səfərbər edir. Qoy, bu uğurlar xalqımıza, Vətənimizə bol-bol sevinc gətirsin!”.
“Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın həqiqətən də bir idman ölkəsi olduğunun göstəricisidir”, - deyən karateçi Tural Salamov məşəlin Şəkiyə gəlməsinin şəhər idmançılarına da böyük ruh yüksəkliyi verdiyini deyib: “Bir karateçi olaraq sevinirəm ki, bu Oyunlarda karate yarışları da keçiriləcək. Ümid edirəm ki, ilk qızıl medallarımız da karateçilərimizdən gələcək. Karatenin Avropa Oyunlarının proqramına daxil edilməsi çox sevindiricidir. Çünki bu, yaxın gələcəkdə karate idman növünün də Olimpiya Oyunlarına daxil edilməsi üçün bir stimuldur”.
Şəhər gənclər və idman idarəsinin rəisi, Avropa çempionu, beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi Vüqar İskəndərov isə deyib: “İlk dəfə keçiriləcək Avropa Oyunlarının məşəlçisi kimi çox böyük qürur hissi duyuram. Belə mötəbər idman yarışının Azərbaycanda keçirilməsi ölkəmizin təkcə idman sahəsində deyil, digər sahələrdə də sürətli inkişafını bütün Avropaya və dünyaya nümayiş etdirəcək. Məşəlin Şəkiyə gətirilməsi, burada alovlanması hamımızda böyük bayram əhval-ruhiyyəsi yaradıb. Kiçikdən-böyüyə hamı bu tədbiri el bayramı kimi keçirir. Bizə bu sevinci bəxş etdiyinə görə, Şəki gəncləri və idmançıları adından Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Alov festivalı atəşfəşanlıqla başa çatıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:34
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
19.09.2026
18.09.2026
17.09.2026
























