Minifutbol
“Birbaşa Bakı”nın baş məşqçisi: “Ardıcıl çempionluqlar qazanmaq istəyirik”
Minifutbol üzrə ölkə çempionu, Çempionlar Liqasının son qalibi “Birbaşa Bakı”nın baş məşqçisi Dan Mitunun Futbolxeber.az saytına müsahibəsi
- Minfutbol üzrə ölkə çepionatının IX turunda çempionluq yolunda əsas rəqibiniz olan “Zirə” üzərində 3:2 hesablı qələbə qazandınız. Görüşü necə şərh edərdiniz?
- Oyundan əvvəl komandaya demişdim ki, bu, pley-off deyil, adi çempionat oyunudur. Vacib olan üç xaldır. Yəni çempionatda “Zirə”ni, yoxsa başqa bir komandanı udaraq bunu qazanmağın fərqi yoxdur. Ola bilər ki, komanda bir az əsəbi idi, bu da çox güclü rəqiblə qarşılaşmağımızdan irəli gəlirdi. “Zirə”yə hörmətlə yanaşırıq. Ola bilər ki, bu səbəbdən hər zaman tələb etdiyimiz və istədiyimiz oyunu sərgiləyə bilmədik. Digər tərəfdən də pis oynadığımızı da deyə bilmərəm. Çünki nəticədə qələbə qazanmışıq. Sadəcə istədiyimiz kimi oynamadıq. Buna baxmayaraq, biz hesabda 3:0 öndə idik. Bu özü də böyük önəm kəsb edir. Son dəqiqələrdə iki asan qol buraxdıq. Bizim səviyyəmizdə olan komandada belə hallar olmamalıdır. Ancaq pley-off mərhələsində belə səhvlərə yol verməkdənsə, indi etmək daha yaxşıdır. Komandamı təbrik edirəm. Oyunu analiz edəcəyik. Bilirəm ki, işləməli olduğumuz məqamlar var.
- Ötən mövsüm 0:3 hesabı ilə uduzduğunuz oyunla müqayisə etsək, sanki “Birbaşa Bakı” daha da güclənib, “Zirə” isə zəifləyib. Razısınız bununla?
- Xeyr, razı deyilim. Çempionatın iki güclü komandası oynayırdı. Əksinə, deyərdim ki, “Zirə” bu matçda bəzi detalları ötənilkindən daha yaxşı etdi. Bəlkə də, onların sadəcə bəxtləri gətirmədi.
- Böyük futbolda hegemonluq “Qarabağ”dadır, minifutbolda isə “Birbaşa Bakı”da. Sizin də hegemonluğunuz uzun illər gedəcək?
- Bura çempionluqlar yaşamağa, Çempionlar Liqasını qazanmağa gəlmişəm. Təbii ki, ardıcıl çempionluqlar qazanmaq istəyirik. Mümkündürsə, bunu edəcəyik. Lakin aydın məsələdir ki, rəqiblərimiz buna mane olmağa çalışacaqlar. Əsas məqsədlərdən biri Çempionlar Liqasını qazanmaq idi. Bunu bacardıq. Növbəti mövsüm titulu qorumağa gedəcəyik. Dayanmaq fikrimiz yoxdur.
- Gələn il Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Siz milli komandamızın potensialınına bələdsiniz. Çempion olmağımız nə dərəcədə realdır?
- Azərbaycan millisi dünya çempionatına böyük inamla yanaşır. Komandada yaxşı futbolçular var. Lakin təəssüf ki, onların sayı çox deyil. Əgər əsas heyət üzvlərindən 2-3 nəfər zədələnərsə, onları əvəzləmək çox çətin olacaq. Hər şey qaydasında getsə, heç kim zədələnməsə, komandanın fiziki vəziyyəti yaxşı olsa, Azərbaycan millisinin dünya çempionu olmaq üçün kifayət qədər şansı var.
- Dünya çempionatında Azərbaycan millisinin məşqçilər korpusunda yer almağınız mümkündür?
- Əslində, bu haqda danışmaq doğru olmazdı. Çünki Azərbaycan millisinin baş məşqçisi var və o, indiyə qədər çox yaxşı nəticələr qazanıb. Həm də, bu, ümumiyyətlə mümkün deyil. Çünki hər məşqçinin öz oyun fəlsəfəsi, yanaşması var. Azərbaycan millisinə uğurlar arzulayıram. Millinin əsas azarkeşlərindən olacam. Kömək məsələsinə gəlincə, biz onsuz da oyunçu hazırlamaqla milli komandaya kömək edirik.
- Rumıniya millisinin məşqçilər korpusu sizdən Azərbaycan yığmasının son durumu, heyətdəki dəyişiklikləri barədə nəsə soruşa bilər?
- Ola bilər. Lakin onlara məlumat vermək mənim işim deyil. Bu iş üçün Rumıniya millisinin öz məşqçiləri var. Müasir dövrdə internet, yutub vasitəsi ilə məlumatları əldə etmək mümkündür. Digər tərəfdən də onsuz da hamı Azərbaycan millisini əla tanıyır, güclü komanda olduğunu bilirlər.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























