5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir

Azərbaycan klubları 2026/27 mövsümündə UEFA turnirlərinin təsnifat mərhələlərində qələbə sayına görə Avropada birinci yeri bölüşür.

Futbolxeber.az saytının məlumatına görə, “Football Meets Data”nın statistikasına əsasən, Azərbaycan təmsilçiləri indiyədək avrokuboklarda ümumilikdə 12 qələbə qazanıblar.

Bu göstərici ilə Azərbaycan Danimarka və Latviya ilə birlikdə Avropada liderdir.

Siyahıda Xorvatiya, Avstriya, İsrail və Polşa klubları 11 qələbə ilə sonrakı yerləri bölüşürlər. İsveçrə təmsilçilərinin isə 10 qələbəsi var.

Xatırladaq ki, Azərbaycan 2026/27 mövsümü avrokuboklara 4 komanda ilə qatılıb. Yarışlarda mübarizəni davam etdirən “Sabah” 5, “Qarabağ” isə 4 oyunda qalib gəlib. Turnirdə iştirakını başa vuran “Zirə” 2, “Neftçi” isə 1 oyunda qələbə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31