5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

"Neftçi"yə görə dava: Dostunu küçədə döydü, cinayət işi açıldı

Bakıda kişi küçədə dostunu döyüb.

Futbolxeber.az saytının məlumatına görə, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.

35 yaşlı Fərhad Əmirov (şərti adla) dostu ilə birgə "Neftçi" futbol klubunun oyununa baxmağa gedirmiş Bu zaman dostu "Neftçi"nin məğlub olacağını deyib. Fərhad buna irad bildirəndə, dostu nalayiq ifadələrlə cavab verib. Bundan hiddətlənən Fərhad da dostunun üzünə bir dəfə yumruqla vuraraq, xəsarət yetirib.

Nəticədə onun barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlə barışdığını deyib. Zərərçəkən şəxs də həmçinin Fərhada qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib (lent.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31