5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Azərbaycan millilərində məşqçi dəyişiklikləri

Azərbaycanın qızlardan ibarət U-15 və U-17 milli komandalarında məşqçi dəyişiklikləri və yeni təyinatlar gerçəkləşib.

Futbolxeber.az saytının məlumatına görə, U-15 yığmamızda baş məşqçi vəzifəsi Rövşən Qasımova həvalə olunub. O, həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək. Köməkçi məşqçi Manə Mollayeva (A millinin futbolçusu), qapıçılar üzrə məşqçi Günay İsmayılova (A millinin qapıçısı) təyin edilib.

U-15 millisinin köməkçi məşqçisi Samirə Aşırova ilə isə yollar ayrılıb.

U-17 milli yığmamıza Xanlar Əliyev rəhbərlik edəcək. O, həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31