5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Nyukasl”la oyunda zədələnən Bəhlul Mustafazadənin durumu müəyyənləşdi

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” klubuna qarşı keçirilmiş oyunun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin durumunu açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, tibbi müayinələrin nəticəsinə əsasən, futbolçunun sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə aşkarlanıb.

Bildirilib ki, hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” - “Nyukasl” oyunu qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31