5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

"Nyukasl" azarkeşləri Azərbaycan xalqına təşəkkür etdi

İngiltərənin "Nyukasl" klubunun azarkeşləri Azərbaycan xalqına təşəkkür edib.

Futbolxeber.az saytının məlumatına görə, bununla əlaqədar "Nyukasl"ın azarkeş qrupunun X sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşım UEFA Çempionlar Liqasının "Qarabağ" - "Nyukasl" oyununun (1:6) ertəsi günü - bu gün edilib.

"Son günlər ərzində göstərilən isti qarşılanma və qonaqpərvərliyə görə Bakıya, Azərbaycan xalqına təşəkkür edirik.

Gözəl şəhərdir və imkan düşərsə, hər kəsə mütləq ziyarət etməyi tövsiyə edirik. Bu, indiyədək çıxdığımız ən möhtəşəm səfər oldu", - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən Bakıda keçirilən oyunu 2000-a yaxın ingilis azarkeş stadiondan canlı izləyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31