19 Noyabr 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi

Ölkə futbolu

Eddi Hau: “Dominant tərəf biz idik”

“Qarşıda “Mançester Siti” ilə oyunumuz var. Birinci bunu düşünürük. Cavab matçı barədə danışmaq tezdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Nyukasl"ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Elvin Cəfərquliyevin qapılarına vurduğu yeganə qolu belə şərh edib: “Qapıçımız məyus oldu. Dominant komanda idik, amma müəyyən boşluqlar verdik. Bizim penalti ilə bağlı onu deyə bilərəm ki, yenidən baxanda daha yaxşı təhlil etmək olar. Anton Qordon istəyirdi ki, ikinci qolu vursun. Bütün oyunçular komandaya kömək etmək istəyirdi. İnanılmaz pressinq etdik və yaxşı əks-hücum imkanlarımız oldu”.

E.Hau növbəti mərhələ şanslarından da danışıb: "Yaxşı şansımız var. “Qarabağ” burda “Çelsi”yə qarşı yaxşı oyun sərgiləmişdi. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq".

İngiltərəli mütəxəssis "Qarabağ"ın ikinci hissədə onlara nisbətən çətinlik yaratdığını bildirib: “Qarabağ” bir az çox topla oynadı və tempimiz aşağı düşdü. İkinci hissədə biz topla az oynadıq".

Baş məşqçi "Püşkdə “Qarabağ”la düşəndə bəxtinizin gətirdiyini düşündünüzmü" sualını da cavablandırıb: "Belə düşünmədim. Mütəmadi deyirəm, “Qarabağ”ın oyunlarına çox baxmışam. Onların yaxşı keyfiyyəti var. Bura gələndə bilirdik ki, çətin olacaq. “Qarabağ” heç də zəif deyil".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30