5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

AFFA 3 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 14 fevral 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XX turun “İmişli” - “Qarabağ” oyununun 83-cü dəqiqəsində “İmişli” komandasının 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “İmişli” komandası 2500 manat cərimə edilib.

Oyundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” komandası 2500 manat cərimə edilib.

15 fevral 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XX turun “Kəpəz” - “Neftçi” oyununun 71-ci dəqiqəsində “Kəpəz” komandasının 27 nömrəli futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Kəpəz” komandası 1000 manat cərimə edilib.

15 fevral 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XX turun “Araz-Naxçıvan” - “Sumqayıt” oyununda “Araz-Naxçıvan” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31