5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

ABŞ Səfirliyi Nəriman Axundzadəni təbrik edib

ABŞ-nin Azərbaycandakı Səfirliyi millimizin üzvü Nəriman Axundzadənin "Colombus Crew" klubuna transfer olması münasibətilə təbrik postu paylaşıb.

Futbolxeber.az saytının məlumatına görə, paylaşımda deyilir:

"Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! “Qarabağ” FK-nın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur".

Səfirlik həmçinin "Qarabağ" klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə də arzu edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31