Ölkə futbolu
Rəşad Sadıqovdan qələbə şərhi
"Baxımlı oyunun şahidi olduq. Hər iki komanda daha çox texnikalı, kombinasiyalı oyuna üstünlük verirdi. Birinci hissə bizim üçün daha yaxşı keçdi, daha üstün idik. Bəlkə də hesab daha fərqli ola bilərdi. Rəqib ikinci hissəyə çox fəal başladı. Biz isə o dəqiqələrdə düzgün reaksiya vermirdik, bir az passivləşmişdik və qol buraxdıq. Bundan sonra komandanın verdiyi reaksiya yaxşı idi. Oyunun nəzarətini ələ keçirdik, hücumlar təşkil edirdik. Rəqibin 80-cı dəqiqədən sonra bir neçə təhlükəli standart vəziyyətləri oldu. Ümumən qələbəyə layiq idik. Çox önəmli qalibiyyət qazandıq. Futbolçularımı göstərdikləri oyuna və qələbəyə görə təbrik edirəm".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Sumqayıt"a qalib gəldikləri görüşdən (3:2) sonra keçirilmiş mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Özünüz də qeyd etdiniz ki, "Sumqayıt" fasilədən sonra daha aktivləşdi. Rəqibin taktiki gedişindən qaynaqlanırdı, yoxsa futbolçular tapşırıqlarınızı yerinə yetirə bilmirdi?
- Fasilədə futbolçulara dedik ki, ikinci hissəyə daha fəal başlayaq. Çünki "Sumqayıt"la birinci dövrənin oyununda iki fərqli hissənin şahidi olmuşduq. Birinci hissə biz yaxşı oynamışdıq, ikinci hissədə "Sumqayıt". Futbolçulara xatırlatdıq ki, bu komandaya qarşı passiv başlamaq olmaz. Çünki onların hücum potensialı çox güclüdür. Təbii ki, biz də passiv başladıq, amma paralel olaraq rəqib də çox fəal başladı. O dəqiqələr bizim üçün çox ağır keçdi. Qol da gözlənilən idi. Həmin dəqiqədə qol olmasaydı da, ola bilər sonrakı dəqiqədə qol buraxardıq. Hər halda, buraxdığımız qol xeyrimizə oldu. Komanda ondan sonra ayıldı və daha fəal oynamağa başladı. Hücumlar edirdik, amma sonluq gəlmirdi. Elə oldu ki, 89-cu dəqiqədə qol vurduq. Sonradan meydana daxil olan futbolçuları ayrıca qeyd etmək istəyirəm. Çünki hər biri oyuna çox yaxşı qoşuldu. Qələbəmizdə əsas pay onların idi.
- Bu gün xarakter qələbə qazandı, yoxsa ustalıq?
- Qələbə qazanmaqdan ötrü bunların hamısı birlikdə olmalıdır. 1-2 oyun xarakter və ya ustalıq hesabına qalib gələ bilərsən, amma əgər uzun marafondursa, stabil çıxış etmək istəyirsənsə, burada bütün komponentlərdə yaxşı keyfiyyətlərin olmalıdır, ən yaxşısını etməyə çalışmalısan. "Sumqayıt"a qarşı kubok görüşündə də futbolçularımdan razı idim. Analizə baxdıq, çoxsaylı qol epizodlarımız var idi. Onda da demişdim ki, çempionat matçı daha çətin olacaq. Bu gün "Sumqayıt" çox yaxşı idi. Bu cür oyunlar nə qədər çox olarsa, həm çempionatımız maraqlı olacaq, həm də futbolumuz inkişaf edəcək.
- "Sumqayıt"la kubokda da rəqibsiniz. Bu gün qazanılan qələbə "Sumqayıt" üzərində psixoloji üstünlük qazandıracaq?
- Bunu bəlkə hardasa çempionatda qeyd edə bilərik ki, rəqibdən bir-iki xal önə keçdik, psixoloji üstünlüyümüz yarandı. Amma kubok elədir ki, hər şey sıfırdan başlayacaq. İlk görüş 0:0 bitib. Orada bir top üstünlüyümüz olsaydı, deyərdik ki, hansısa üstünlüyümüz var. "Sumqayıt"ın gücünü nəzərə alaraq, deyə bilmirik ki, nədəsə üstünük. Şanslar 50/50-dir. O oyuna vaxtımız var. Çalışacağıq ki, zədəlilər qayıtsın, heyətimizi də tam komplektləşdirək. Çünki itkilər nə qədər az olsa, oyunun keyfiyyətinə təsir edir. Məsələn, bu gün "Sumqayıt"da bəzi itkilər var idi. Onlar da olsaydı, bizim üçün daha çətin olardı. İtki hər bir komandaya təsir edir. Onların sayı 3-4 oldusa, onu aradan qaldırmaq çətindir, oyuna təsir edir.
- Avrokuboklar uğrunda mübarizə komandalar arasında aşağı-yuxarı "Sumqayıt"la eyni büdcəyə maliksiniz. Bu məsələ sizi yormur ki?
- Altıncı ildir ki, "Zirə"nin baş məşqçisiyəm. Komandanın müəyyən siyasəti, strategiyası var. Biz bu yola rəhbərliklə birlikdə çıxmışıq. Təbii ki, müəyyən məqamlarda könül istərdi ki, fərqli futbolçularla da komandanı gücləndirəsən. Amma əlimdə olan oyunçulardan da hər zaman razıyam. Onların potensialı daha çoxdur. Sadəcə bəzən zamana ehtiyac olur ki, müəyyən futbolçular da potensialını açmaqdan ötrü daha çox məşq etməli, daha çox oynamalı olur. Ümumən durumumuzdan məmnunuq. Əlimizdə olan imkanlara uyğun ən yaxşısını etməyə çalışırıq.
- "Neftçi" ilə matçdan sonra bildirmişdiniz ki, mövsümün ikinci hissəsi çətin olacaq. Bu çətinliyə qarşı hansısa ehtiyat variant hazırlamısınız?
- Ən yaxşı variantımız futbolçularımızın ideal, pik formada olmasıdır. Danışıqlar gedir, rəhbərlik razılıq verib. Bəlkə bir futbolçu ilə gücləndik. Bu gün xəbər olmalıdır, gözləyirik. Ola bilsin ki, maksimum 1 futbolçu gətirək. Bizim bu dəqiqə ən yaxşı "silah"ımız futbolçuların yaxşı formada olmasıdır. Onlar da çalışır, istəklidirlər. Düşünürəm ki, yaxşı olar.
- Yeni gələcək futbolçunun mövqeyi nədir?
- Hücum mövqeyinə gətiririk. Sırf hücumçu deyil. Amma həm hücumçu kimi də oynayır, həm də vingerdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
-
23:58
Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub
-
23:14
“Neftçi”nin rəqibləri müəyyənləşdi
-
21:45
Cüdo millimiz Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
20:33
“Neftçi”dən satış rekordu
-
19:59
"Zirə" Türkiyə klubuna uduzdu
-
19:46
Şahmatçılarımızın FIDE reytinqində mövqeyi bəlli olub
-
19:27
Həbib Nurəhmədov: “Almaniya məğlubiyyətə layiq idi”
-
18:02
"Qarabağ"ın sabahkı oyunları canlı yayımlanacaq
-
17:31
"Sabah"ı Rusiya klubuna dəyişir
-
17:18
PFL I və II Liqanın başlama tarixini açıqladı
-
17:00
Qakpo Berkamp və Robbenə çatdı
-
16:45
Eltun Turabov “Səbail”ə keçdi
-
16:34
Triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı
-
16:23
“Neftçi” Sloveniya toplanışına start verib FOTOLENT
-
16:09
İnfantino DÇ-2026-da: 24 oyun, 50 min km uçuş
-
15:56
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
-
15:37
"Qəbələ" konqolu müdafiəçi transfer etdi
-
15:12
Adil Şükürov “Sumqayıt”la anlaşdı
-
15:00
“Səbail”dən növbəti transfer
-
14:41
Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar
-
14:28
Azərbaycan millisi Dünya Kuboku və dünya çempionatında 29 medal
-
14:15
UEFA-dan Asim Xudiyevə yeni təyinat
-
13:54
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
-
13:33
"Gəncə" braziliyalı legioner transfer edib
-
13:06
Martinelli dünya çempionatlarının rekorduna imza atdı
-
12:49
Çimərlik voleybolçularımız EEVZA çempionatında mübarizə aparacaqlar
-
12:27
"UFC Fight Night Baku" turnirinə 11 minə yaxın bilet satılıb
-
12:12
Şirvanda mühüm qərar: Şəhərin iki klubu birləşdirildi
-
11:58
Almaniya tamam, Paraqvay davam VİDEO
-
11:40
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:25
Mərakeş Niderlandı evə göndərdi VİDEO
-
11:14
Əlçatmaz baş katib
-
10:53
Kazemiro: “Bu heyət dünya çempionu olmağa qadirdir”
-
10:36
Braziliya millisindən əzmkar qələbə VİDEO
-
10:19
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
-
10:02
Braziliya millisinin rekord seriyası davam edir
-
09:47
“Şahdağ Qusar”dan yeni transfer
-
03:28
Almaniya DÇ-2026 ilə vidalaşdı
-
23:22
U-17 millimiz Tacikistana uduzdu
-
22:36
“Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
-
22:00
Yeniyetmə cüdoçularımız Avropa çempionatının ilk günündə 5 medal qazanıblar
-
19:58
"Zirə"nin Türkiyədə növbəti rəqibi bilindi
-
17:43
“Qəbələ”dən yayın ilk transferi
-
17:27
"İmişli" Kaşkilya ilə vidalaşdı
-
16:31
Paralimpiya çempionu şəhid övladlarına "ustad dərsi" keçib
-
15:49
Bakıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
-
15:14
Çimərlik voleybolu üzrə ölkə birinciliyinin vaxtı açıqlanıb
-
14:25
Azərbaycan gimnastları Çindəki Dünya Kubokunda qızıl medal qazanıblar
-
13:52
"Araz-Naxçıvan" hazırlığa nə vaxt başlayır?
-
13:00
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
30.06.2026
29.06.2026
Arxiv
| Iyul 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | 05 | ||
| 06 | 07 | 08 | 09 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||























