Ölkə futbolu
Andrade: “Qarabağ”ın “Ayaks”ı udması, yaxud uduzması bizim üçün əhəmiyyətsizdir”
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andradenin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının14-cü turunda “Kəpəz”i məğlub etməklə uğursuz gedişata son qoydunuz. 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Çətin oyun oldu. 3-4 gün əvvəl də kubokda “Kəpəz”lə qarşılaşmışdıq. Həmin görüşdə nəticə istədiyimiz kimi alınmamışdı. Məşqçilər korpusu oyunumuzu analiz elədi. Səhvlərimiz üzərində çalışdıq və bunun bəhrəsini gördük. Qələbə qazandığımız üçün sevinirəm.
- Kubokdakı məğlubiyyəti nəzərə alsaq, “Kəpəz”lə çempionat matçına revanş görüşü kimi yanaşdığınızı söyləmək olar?
- Bəli, belə demək olar. Məqsədimiz ötən oyundakı səhvləri təkrarlamamaq və qələbə qazanmaq idi. İstəyimizə çatdığımız üçün sevinirəm.
- Komanda son zamanlar qeyri-stabil çıxış edir. “Araz-Naxçıvan” nə üçün özünə bənzəmir?
- Bu, futboldur. Biz bütün oyunlarda qalib gələ bilmərik. Mövsüm boyu eyni tempdə çıxış etmək də mümkün deyil. Bu, tək bizə yox, bütün komandalara aiddir. Ümumilikdə razıyam, pis situasiyaya düşmüşdük.
- Bu qələbə vəziyyəti dəyişəcək?
- İnanıram ki, bu qələbə ilə vəziyyət yaxşıya doğru dəyişəcək. Bizim üçün vacib oyun idi, vacib qələbə idi.
- Vurduğunuz qolla bağlı nə deyə bilərsiniz? Hamı ötürmə edəcəyinizi düşündüyü anda əla zərbə ilə fərqləndiniz...
- Bəli, ötürmə vermək də olardı. Lakin ağlıma ilk gələn zərbə endirmək oldu. Düşündüm ki, ötürmədənsə, qol vurum.
- Adətən qol vurduqdan sonra sevincinizi başınız üzərindən tullanaraq qeyd edirsiniz. Amma bu dəfə həmin sevinci görmədik. Maraqlıdır, niyə?
- Olduğum yer bir qədər dar idi (gülür). Urfan Abbasov da çox yaxında dayanmışdı.
- Növbəti turda sabiq komandanız “Qarabağ”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Bəli, bazar günü “Qarabağ”la qarşılaşacağıq. Rəqibi analiz edəcəyik. Məşqlərdə tam gücümüzlə çalışacağıq. İlk dövrədə onlara qarşı oyunumuz uğursuz alınmışdı. İnanıram ki, bu dəfə vəziyyət fərqli olacaq. Ümumilikdə bizi maraqlı görüşün gözlədiyini deyə bilərəm.
- “Qarabağ” bu gün Çempionlar Liqasında “Ayaks”la üz-üzə gələcək. Sizcə, çempionatdakı oyununuz baxımından Ağdam klubunun qələbəsi sizə daha sərfəli olar, yoxsa məğlubiyyəti?
- O barədə düşünmürük. Bizim üçün öz oyunumuz vacibdir. “Qarabağ” qalib gəlsə, Azərbaycan üçün bu, yaxşıdır. Sırf bizə görə “Qarabağ”ın “Ayaks”ı udması, yaxud uduzmasını əhəmiyyətsizdir.
- Qış fasiləsinə iki tur qalıb. “Araz-Naxçıvan”ın qarşıya qoyulan hədəfə - avrokuboklara yollanmaq perspektivini necə görürsünüz?
- Yol uzundur. İndidən mövsümün sonu ilə bağlı qəti proqnoz vermək çətindir. Məqsədimizə doğru addım-addım irəliləməliyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:10
Azərbaycan Premyer Liqasında 8-ci tur start götürür
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
16.10.2026
15.10.2026
14.10.2026
























