3 Iyun 2026, Çərşənbə
Azər Bağırov rəsmən "Şamaxı"da
Minifutbol millimiz Çexiyaya qarşı
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

"Qarabağ"ın baş sponsoru “Azərsun Holdinq”də yeni rəhbər

“Azərsun Holdinq”in Müşahidə Şurasının yeni sədri müəyyənləşib.

Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu vəzifəyə Ahmad Gozal gətirilib.

Bu ilin yanvarında dünyasını dəyişən, Abdolbari Gozalin oğlu olan Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub.

Elə həmin ildən etibarən, “Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib.

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Xatırladaq ki, 2001-ci ildən başlayaraq “Qarabağ” Futbol Klubunun baş sponsoru, son illər isə tam sahibi “Azersun Holdinq”dir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30