Ölkə futbolu
AFFA-nın bir illik faliyyəti - sıfır!
2 aprel – Azərbaycan futbolunun yağışdan çıxıb yağmura düşdüyü gündür. Düz 1 il əvvəl AFFA-da ciddi dəyişikliklər oldu. İstər assosiasiyanın prezident postunda, istərsə də İcraiyyə Komitəsinin tərkibində. Bəziləri bu yenilənməyə ümidlə yanaşsalar da, biz hələ 1 il əvvəl yazmışdıq ki, gələn gedənə rəhmət oxutduracaq. Bunu bilmək, yaxud proqnozlaşdırmaq üçün Məşədi İbad demişkən, “Tarixi-Nadir”i yarıyacan oxumağa ehtiyac yoxdur. Son bir ildə AFFA-nı idarə edənlərin əvvəlki fəaliyyətinə baxmaq kifayət edirdi.
Artıq bir ildir faktiki olaraq Azərbaycan futbolunu Balaşiki Qasımov-Maqsud Adıgözəlov tandemi idarə edir. Onların illərdi “Sabah”dakı işləri göz önündədir. Bir klubu ağ günə çıxara bilməyənlərin Azərbaycan futbolunun dərdinə dərman olacağına inanmaq üçün ən yaxşı halda sadəlövh olmalısan. Yaxşı kanal rəhbəri olmaq futbolda baş çıxarmağa təminat vermir. Bununla bağlı ortada xeyli nümunə var. Məsələn, bu günə qədər dünya şöhrətli yazıçımız Çingiz Abdullayev, öz sahəsində Azərbaycanda əsrin çempionu titulunu daşıyan nadir insanlardan olan Bəhram Bağırzadə və daha neçə-neçə şəxs Azərbaycan futbolunda duruş gətirə bilməyib.
AFFA-nın yeni rəhbərliyinin rəhbərliyi altında bərbad gündə olan ölkə futbolu daha da pis günə düşdü. Aşağı yaş qrupu üzrə millilərimiz sanki “kim daha böyük hesabla uduzacaq” bəhsinə giriblər. Məğlubiyyətlərin ardı-arası kəsilmir. Əsas milli isə tarixində ilk dəfə olaraq cırtdanların yer aldığı D liqasına yuvarlandı. Halbuki daha əvvəl biz milli komandamızın C liqasında qrupda ikinci olmasından narazılıq edirdik. Yeni rəhbərliyin “uğurlu fəaliyyəti” nəticəsində növbəti Millətlər Liqasında Azərbaycan millisi Andorra, Cəbəllütariq kimi komandalarla biryerdə yarışacaq.
Yeni AFFA rəhbərliyi bu bir ildə ciddi heç bir fəaliyyəti ilə seçilmədi. Aylarla başımızı “strategiya nağılı” ilə qatdılar. Nəhayət, 9 aylıq “gərgin əməyin” sayəsində Azərbaycan futbolunda yeni strategiya hazırlandı. Artıq onun ictimaiyyətə təqdim edilməsindən təxminən 2 ay vaxt keçsə də, ortada hər hansı iş yoxdur. Sanki ər evinə köçən qız servantın başına qoymaq üçün diplom alıb...
AFFA-nın yeni rəhbərliyinin işinin öhdəsindən gələ bilmədiyini, bacarıqsız olduğunu göstərən bir başqa nümunə Region Liqasıdır. İllərdir Azərbaycan futbolunda əhatə dairəsinə görə ən böyük turnirini təşkil etmək üçün yeni AFFA rəhbərliyi düz 11 ay əlləşdi. Nəhayət, uzun çək-çevirdən sonra ötən ay yarışın püşkü atıldı. Yaxud Binə stadionu. AFFA-nın balansında olan bu arenadakı xırda-para işlər yeni rəhbərliyin “fövqəl” bacarığı sayəsində 7-8 aya tamamlandı...
Bu cür nümunələrin sayı-hesabı yoxdur. Son 1 ildə AFFA-nın fəaliyyətinin uğurlu olmasını kim deyirsə, kökündən yalandır, inanma, hörmətli oxucu. Həmin şəxslər fikirlərini əsaslandırmaq üçün Premyer Liqada klub sayının artırılmasından istifadə edə bilər ki, o da mübahisəli məsələdir. Guya sayın 10-dan 12-yə qalxması Azərbaycan futbolunu gülüstana çevirəcək. Halbuki əksini görmək ehtimalımız daha yüksəkdir. Say artımı Premyer Liqamızın səviyyəsinə ciddi şəkildə təsir göstərə bilər. Hər halda I Liqanı mütəmadi izləyənlər də təsdiqləyər ki, bu gün “Qəbələ” xaric aşağı liqa təmsilçilərindən heç biri güclülər dəstəsində mübarizə aparacaq gücdə deyil. İdman prinsipi və s. – bunlar hamısı nağıldır. Sanki iki həvəskar boksçunu gətirib 10 peşəkarın arasına salırlar. Bu halda hansı idman prinsipindən danışmaq olar?
Uzun sözün qısası, AFFA-nın yeni rəhbərliyinin bu bir ildəki fəaliyyəti sıfırdır! Bunun əksini iddia etmək isə absurddur. Necə deyərlər, görünən kəndə nə bələdçi...
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
02.10.2026
01.10.2026
























