8 Aprel 2026, Çərşənbə
Mirça Luçesku dünyasını dəyişdi
Abbasov hirsindən planşeti qırdı
Berdiyev: "Çox vacib xallar itirdik"
"Qarabağ" 7 qolla qalib gəldi

Ölkə futbolu

"Şamaxı"nın futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar

"Şamaxı" Futbol Klubunun bazasında U-15, U-16 və U-17 komandaların futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
 
Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.
 
Danışılmış oyunların yerli və beynəlxalq nümunələri iştirakçılara təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30