Ölkə futbolu
Ayxan Abbasov: “Çətin olacaq, amma yaxşı komanda quracağıq”
“Şamaxı”nın yeni baş məşqçisi Ayxan Abbasovun Futbolxeber.az saytına müsahibəsi
- Ayxan müəllim, təbrik edirik, təyinatınız artıq rəsmiləşdi. Lakin “Şamaxı” müqavilə müddətini hələ açıqlamayıb.
- Təşəkkür edirəm. Müqavilə müddəti 1 ildir.
- Adətən siz uzunmüddətli plan üzrə çalışırsınız. Əvvəlki iş yerlərinizdə bunu görmüşük. Bu dəfə “Şamaxı” ilə yalnız 1 illik müqavilə imzalamanızın səbəbi nədir?
- Bu, başlanğıcdır. Bizdə müqavilələr şərti olur. Bu il üzərimizə böyük iş düşür. Sonra oturub danışacağıq.
- Qarşınıza hansı məqsəd qoyulub?
- İlk növbədə yaxşı komanda qurmalıyıq. Bilirik ki, “Şamaxı” I Liqadan gəlib. Yeni mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq lazımdır. Çətin olacaq. Ancaq inşallah yaxşı komanda quracağıq. Əsas məqsəd möhkəm komanda qurmaq və çempionatda yerimizi möhkəmlətməkdir.
- Köməkçilərinizi kimlər olacaq?
- Köməkçilərim məsələsi sabah tam aydın olacaq. Böyük ehtimalla, “Turan Tovuz”dakı köməkçilərimin hamısı “Şamaxı”da da mənimlə birgə olacaqlar.
- Komandaya legioner cəlb edəcəksinizmi? Çünki ancaq yerlilərlə mübarizə aparmaq çox çətin olar.
- Bu məsələni müzakirə etmişik. Klubun da öz baxışı var. Yeni mövsümdən komandaya legionerlər cəlb olunacaq. Büdcəmizə uyğun heyət quracağıq.
- “Turan Tovuz”dan tanıdığınız futbolçulardan kimlərisə “Şamaxı”da görə biləyəcik?
- Tək “Turan Tovuz”dan yox, ümumən tanıdığım futbolçularla işləmək hər zaman xoşdur. Çünki onlar məni, mən də onları tanıyıram. Bu gün yerli bazarda vəziyyət çətindir. Düzünü demək lazımdır ki, bu gün yaxşı yerli futbolçu tapmaq asan deyil. Çox çətinliklər var. Tam olmasa da, çalışacağıq ki, bizə lazım olan futbolçuları heyətə cəlb edək.
- Son günlər mətbuatda “Şamaxı”da maliyyə problemləri olduğu barədə xəbərlər yayılıb. İşə başlamamışdan əvvəl belə məlumatların yayılması sizi narahat edirmi?
- Mən bildiyim qədəri ilə müəyyən yaşanan sıxıntılar klubdan asılı olmayan səbəbdən yaranıb. Bu gün gecikmələr Premyer Liqada da var. Bilirik ki, Premyer Liqanın bir neçə klubunda həm mükafatlar, həm də son ayın maaşı verilməyib. Bu, klublardan asılı olmayan məsələdir. Təbii ki, “Şamaxı” rəhbərliyi ilə bütün bunları müzakirə etmişik. Dövlətdən ayrılan vəsait nə vaxt gəlirsə, klublar da o zaman ödəmə edirlər. İnşallah bütün borclar ödəniləcək, heç bir problem olmayacaq.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Kipr - Monteneqro matçında 5 qol
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
-
17:47
II Liqada 11 oyunun başlama saatı açıqlandı
-
17:11
Dünya çempionatı: cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
16:36
Arda Güler 2032-ci ilin yayına kimi “Real”da
-
15:58
Xuan Mata karyerasını başa vurdu
-
15:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:05
Millimiz FIFA reytinqində irəlilədi
-
14:43
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək
-
14:12
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
13:54
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
-
13:27
Keyn Millətlər Liqasının bombardiri oldu
-
13:00
Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib
-
12:41
Boksçumuzun erməni rəqibi diskvalifikasiya olunub
-
12:18
“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi
-
11:56
Sefas və komandası səfər qolunun qurbanı oldu
-
11:39
“Turan Tovuz”un qapıçısı finalda uduzdu
-
11:03
Kaşuk Gürcüstana qarşı oynadı
-
10:45
U-20 millimiz İraqla bərabərə qaldı VİDEO
-
10:22
Avro-2028: Millimiz 5-ci səbətdə
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Millimizin qələbəsi VİDEO
-
09:31
“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
18.11.2026
17.11.2026
























